Kərkük Bayatıları

Son güncelleme:
  • ədəbiyyat - cinas bayatılarGözəl alma,
    Gözəl gül, gözəl alma.
    Alırsan bir əsil al
    Bədəsil gözəl alma.

    Dolandı gün,
    Döndü gün, dolandı gün.
    Mən sənə daldalandım
    Sənə də dolandı gün.

    Yoxa çar,
    Kimsə bulmaz yoxa çar.
    Kimin eybin var örtüb,
    Kimin eybin yox açar.

    Yaramı sən,
    Oyubsan yaramı sən.
    Var günü yanım aldın
    Dar günü yaramısan.

    Kəsər ayı,
    Gün çıxar, kəsər ayı.
    Dedim çoxalt sevgini
    Demədim kəs arayı.

    Kim sədat,
    Kim talibdi, kim sədat.
    Olan mənə olubdu
    Qoy etməsin kimsə dad.

    Gülüm mən,
    Bağbanınam gülüm, mən.
    Ağlamağı bilirəm
    Öyrət məni, gülüm mən.

    Günü dağlar,
    Ay çıxar, günü dağlar.
    Anadan ayrı qalan
    Yetimi günü dağlar.

    Üz mənnən,
    Rəqib şərin üz mənnən.
    Qəm yardan vəfalıdı
    Heç çevirməz üz mənnən.

    Razı can,
    Razı təbib, razı can.
    Bu dərdi yar veribdi
    Necə olmaz razı can?

    Gül əllər,
    Bağda bağban gül əllər.
    Dəryaca ağlın olsa
    Yoxsul olsan güləllər.

    Yüz oxu,
    Bir yayı var, yüz oxu.
    Bilənə bir söz yetər
    Bilmiyənə yüz oxu.

    Bir dənədən,
    Bir sünbül, bir dənədən.
    Mən dərtdən qurtulmuşdum
    Dərd döndü bir də nədən?

    Qəm dağıdır,
    Gözəllər qəm dağıdır.
    Enişim qəm dərəsi
    Çıxışım qəm dağıdır.

    Sürünə,
    Ardındakı sürü nə?
    Məni yardan ayıran
    Sürüm-sürüm sürünə.

    Şirin sən,
    Fərhad mənəm, Şirin sən.
    Dünyanı gözəl alsa
    Gözümdə sən şirinsən.

    Kərkük folkloru antologiyası kitabından.
    Toplayıb, tərtib edən: Qəzənfər Paşayev

    alıntı
0 0 0