Cəmiyyətimizdə yaxşı həyat yoldaşı həmişə maraq mövzusu olmuşdur.
Ümumiyyətlə İnsanların istəkləri sərhədsizdir əslində. Lakin mən bunu məqbul və məntiqli bir şəkildə, bildiklərimə əsaslanaraq maddələr halında izah edəcəyəm. Əlbəttə bu davranışlar qarşılıqlı olmalıdır. Evlilik fədakarlıq istəyən bir təşkilatdır.
Bir qadın evlilikdə nə istəyər ?
1.Hər şeydən əvvəl sevgi, hörmət, istilik gözləyər. Təkcə davranışlar kifayət deyil. Davranışları tamamlayan sözlər əhəmiyyətlidir qadınlar üçün. Təbii ki bu davranışlar qarşılıqlı olmalıdır.
2.Ərinin qapıdan içəri girər girməz, hər zaman qaşqabaqlı olması qadının sevmədiyi bir haldır.Əlbəttə insanın zamanı zamanına uyğun gəlməz. Çox sıx və stressli günün ardından, bunu ifadəsinə əks etdirə bilər. Lakin bu hər gün eyni şəkildədirsə artıq qadın bezəcək. İşləyən qadın üçün də kişi üçün də, ev xanımları üçün də bu eyni mövzü və nəticə ola bilər . Bunu anlayışla qarşılamaq lazımdır. Amma bu hər gün davam edə bilməz.
3.Bişirdiyi yeməkləri tərifləmək, "çox dadlı hazırlamısan" deyilməsini gözləyər. Lakin ər bunu deməyi unutdusa dünyanın sonu olmamalıdır.Qadın əri tərəfindən, onün üçün çox dəyərli olduğunu hiss etmək istər. Qadını ən çox xoşbəxt edən məhz bu davranışdır. Sevildiyini, dəyər verildiyini anlayan qadın, həqiqətən fədakardır.
4.Ərinin güclü olduğunu hiss etmək istər. Bunu maddiyyat mənasında demirəm. Bu tamam ayrı bir mövzudur. Hər şeydən əvvəl güvən istər. Bir qadın hər anlamda nə qədər güclü olsa olsun, həyat yoldaşının verəcəyi stimul ona ayrı bir rahatlıq gətirir.Odur ki, unutmayın, qadın nə qədər qürurlu olsa da hər anında həyat yoldaşının varlığını hiss etmək istər.