«Mən insanlarla ünsiyyət qurmağa həmişə çətinlik çəkirəm. Fikirlərimin qarşımdakı insan tərəfindən qəbul edilməyəcəyini, gülüş obyekti olacağımı düşünür, ona görə də ünsiyyətdən qaçıram.
Amma artıq bu vəziyyətdən qurtulmaq istəyirəm. Mənim üçün maraqlıdır ki, nə üçün bəzi insanlar ünsiyyət qurmaqdan çəkindikləri halda, digərlərinin belə bir problemi olmur?»
«Ünsiyyət hazırda iki cür qəbul edilir: real həyatda olan ünsiyyət və virtual ünsiyyət.
Virtual aləm insanları real ünsiyyətdən uzaqlaşdıran əsas amillərdəndir. Bu tip insanlar real həyatlarında ünsiyyət qurmağa çətinlik çəkdikləri halda, virtual dünyada hər hansı bir ad altında, insanlarla asanlıqla dialoq qura bilirlər.
Ona görə də təsadüfi deyil ki, psixoloji sıxıntıları, ünsiyyət problemləri olan insanlar daha çox virtual ünsiyyət yaratmağa üstünlük verirlər»