İnanclarımız bizi hara aparır

Son güncelleme:
  • maraqlı inanclar - batıl inanclarHər birimiz uşaqlıqdan bu yana bir çox inanclar eşitmişik.
    Bunlar nəqədər doğru olub olmadığını deyə bilmərəm, amma aşağıda yazdıqlarım inancları mütləq eşitdiyinizi bəlkə də əməl etdiyinizi deyə bilərəm...

    İnanclarımız bizi hara aparır?


    1. Axşam soğan yemək: Axşam soğan yeyilən evə mələklər gəlməz.

    2. Sağlam ol demək: Asqıran zaman ruhun bədəndən bir anlığına ayrılması anlamına gəlir.

    3. Körpənin ayağını öpmək: Əgər uşağın ayağını öpərlərsə, uşaq böyüdükdə, anasına-atasına hörmət etməyəcəyi deyilir.

    4. Körpəni pişikdən uzaq tutmaq: Pişiklərin uşaqların nəfəsini özünə çəkir deyirlər.

    5. Eyni kibritdən istifadə etmək: Əgər insan siqareti 3 dəfə eyni kibritlə yandırarsa, bu uğursuzluq gətirəcəyi anlamına yozulur.

    6. Qara pişik: Əgər şərqdə qara pişik görmək uğursuzluq sayılırsa, şərqdə bu uğurluluq əlaməti kimi qarşılanır.

    7. Əlin içi qaşınması: Əgər sol əlinizin içi qaşınırsa bu o deməkdir ki, dava edəcəksiniz. Yox, əgər sağ əlinizin içi qaşınırsa, onda pul gələcəyi anlamına gəlir.

    8. Stolun üstünə ayaqqabı qoymaq: Əgər yeni aldığınız ayaqqabıları stolun üstünə qoysanız, bu pis əlamətdir.

    9. At nalı: Evinizdə at nalı saxlasanız, bu sizə uğur gətirər.

    10. Qapıda dayanmaq: Qapıda dayanan adam çər atılacağı anlamına gəlir.

    11. Kasıba ayaqqabı almaq: Əgər bu dünyada kasıba ayaqqabı almasanız, o biri dünyaya ayaqyalın gedərsiniz.

    12. Çörək qırıntısı: Çörək qırıntılarını yerə töksəniz, basdalasanız, evin ruzusu gedər. Və ya axşm qarabasma ola bilər.

    13. Qurban kəsimi: Qoyunu qurban kəsərkən, qoyun dilini bayıra çıxardarsa, bu il ev yiyəsinin öləcəyi anlamına gəlir.

    14. Yarım stəkan su: Birinin stəkanına yarımçıq su töksəniz, pis qismət gətirmiş olursunuz.

    15. Bayquş səsi: Bayquş 3 dəfə oxuyarsa, olduğu yerə ölüm gətirər.

    16. Gecə güzgüyə baxmaq: Əgər gecə güzgüyə baxsan, ömrünü qısaltmış olarsan.

    17. Paltarı əynində tikmək: Paltarı soyunmadan tiksən, qismətivi bağlamış olarsan.

    18. Güzgünün qırılması: Evdə güzgü qırılarsa, 7 il uğursuzduq gətirər həmin evə.

    19. Fırtınalı havada saç kəsmək: Yaxşı şans gətirər.

    20. Qulağın yanması: Əgər sağ qulağınız yanırsa bu yaxşılığınıza danışırlar, əgər sol qulağınız yanırsa onda pisliyinizə danışırlar deməkdir.

    21. İt hürməsi: Əgər durduğu yerə evdə it hürərsə, evdə kiminsə xəstələnəcəyi anlamına gəlir.

    22. Evdə çətir açmaq: Pis anlama yozulur.

    23. Yeni evə süpürgə aparmaq: Uğursuzluq gətirər.

    24. Göz muncuğu: Pis insanların gözlərindən qoruyar.

    25. Arzu tutmaq: İki adaşın arasında arzu tutsan, gerçək olar.

    26. Gecə saç, dırnaq kəsmək: Əgər kəsilən saç və ya dırnaqlar yandırılıb, basdırılmazsa uğursuzluq olar.


    P.S. Bəs siz bu inanclara inanırsınızmı?

    alıntı
0 0 0