Beynəlxalq alimlər qrupu infeksiyaların aşkarlanmasında inqilab edib.
Almaniya və Hollandiyadan olan mütəxəssislər patogen mikroorqanizmləri tapmaq üçün işıq saçan antibiotiklərdən istifadə edirlər.
Araşdırma zamanı onlar flüoressent qrupu daşıyan vankomisin yaradıblar.
Vankomisin - penisillin sırasından olan antibiotikdir, qram-müsbət bakteriyaların hüceyrə divarının peptidləri ilə xüsusi olaraq birləşir. Bu preparatdan təcrübə zamanı müalicə üçün deyil, nişan kimi istifadə ediblər, yəni vankomisin infeksiya yaradıcılarına birləşib.
Hətta ən az miqdarda flüoressentli vankomisinin işığı dərinin altında, 8 mm dərinlikdəki infeksiya ocağını adi gözlə görməyə imkan verir. Bu zaman iri flüoressent nişan antibiotikə bakteriyaları bütün orqanizm boyu tapmaqda mane olmur.
Alimlər deyirlər ki, işıqlanan nişanlar cərrahlara əməliyyatsonrakı infeksiyalara nəzarət etməyə imkan yaradacaq. Müasir tibbdə infeksiyanı təyin etmək üçün yalnız bir metoddan - biopsiyadan istifadə olunur, o özü də bakteriyaların müdaxiləsi ilə daha da fəsadlaşa bilər.