Xoruldamaq gözü kor edir

Son güncelleme: 31.10.2013 00:06
  • göz təzyiqi - xoruldamaq insanın görmə qabiliyyətinə təsir edirMin nəfər yuxuda xoruldayan və 6 min nəfər yuxuda xoruldamayan adamı müşahidə edəndən sonra belə nəticəyə gəlinib ki, xoruldayanlar 1,67 dəfə çox qlaukomadan əziyyət çəkirlər.

    Səbəb isə göz təzyiqinin artmasıdır.

    Mütəxəssislərin fikrincə, xorultudan yaranan vibrasiya damarları zədələyir, onların iltihabına və qalınlaşmasına səbəb olur. Bu isə aterosklerozun ilkin mərhələsidir.

    Bundan başqa, xorultu arteriyanın bərkiməsinə və damarların divarlarında qalıqların yaranmasına səbəb olur.

    Həmçinin, xorultunun insult və ürək xəstəliklərinə səbəb olduğu da vurğulanır.

    Belə ki, o, yuxu arteriyalarının, beyni qanla təmin edən əsas damarların daralmasına səbəb olur.

    alıntı
#31.10.2013 00:06 0 0 0