Ana Dilim

Son güncelleme:
  • azərbaycan dili - milli mısralarAna dilim mənim qırılmaz qalxanım,
    Mənim namusum, mənim şöhrətim, şanım,
    Ey mənim ruhum, damarımdakı qanım,
    Həm vətənim, həm dilim Azərbaycanım.

    Odur döyüşlərdə parlayan qılıncım,
    O qılınc düşməni parçalar xıncım-xıncım.
    Ana dilim! Mənim başımdakı tacım,
    Odur əlacsız günümdə tək əlacım.

    Dilim ən uca zirvədən də ucadır,
    Mənim ana dilim zamandan qocadır.
    Bu dil Qorqud dədəmizdən əmanətdir,
    Bu dil böyük tarixdir, bəşəriyyətdir.

    Sən olmasan mənası yoxdur həyatın,
    De: sənsiz nədir mənası var olmanın?
    Sən varsan, mən varam, vətən var, ana var,
    Dili olmaz dövlət məhv olar inanın!

    alıntı
0 0 0
```[cite: 10]