ana ilə əlaqədar şeirGah coşar çay kimi, aşar sahili,
Gah həzin səs olar ana ürəyi!
Böyüdər alimi, oxşar cahili,
Dünyaya bəs olar ana ürəyi!
Gah dinər ney olar, təranə olar,
Gah şirin mey olar, nurani olar,
Bütün övladlara bir danə olar,
Beləcə qocalar ana ürəyi!
Mən nəyə bənzədim, ana , sevgimi?
Sevək anaları qoy elim kimi;
O da öyrədəndir Müəllim kimi,
Övlada güc olar ana ürəyi!
Həzin xoş nəğmə tək dinər hər zaman,
Şəfqət görməsə də öz övladından,
Yaranıb Müəllim Ana adından,
Ucaldar, ucalar ana ürəyi!
Övlada güc olar ana ürəyi!