Qida Toksikoinfeksiyası

Son güncelleme:
  • infeksion xəstəliklər - bağırsaq infeksiyaları - qida zəhərlənməsiQida toksikoinfeksiyası kəskin, adətən, qısamüddətli xəstəlikdir. İnkubasiya dövrü çox qısadır, orta hesabla 30 dəqiqədən 12 saata qədər davam edir və 24 saatdan artıq olmur.

    Ürəkbulanmadan sonra qusma başlanır. Qusma çox nadir hallarda bir dəfə olur, əsasən tez-tez təkrar edilir, bəzən ardı-arası kəsilmir, əziyyətli, üzücü olur, epiqastral nahiyədə bərk ağrılar olur.

    Qusma ilə, demək olar ki, bir vaxtda ishal başlanır.
    Qarında ağrı bu xəstəliyin daimi əlamətidir. Hələ birinci saatlar sinir sisteminin zədələnməsi əlamətləri (başağrısı, zəiflik, başgicəllənmə, ağır hallarda tormozlanma və özündəngetmə) aşkar olur.

    Obyektiv olaraq xəstələrdə dərinin solğunluğunu, bəzən sianozunu, ətrafların soyumasını müəyyən edirlər. Ürək-damar sistemi müntəzəm olaraq pozulur: bradikardiya müəyyən edilir, bəzi xəstələrdə nəbz tezləşir, arterial təzyiq düşür.


    Müalicə.

    Qida toksikoinfeksiyasının klinik-epidemioloji diaqnozu qoyulduqda, təmiz yuyuntu suyu alınana qədər mədəni dönə-dönə əsaslı surətdə yumaq lazımdır. Mədə kalium-permanqanatın zəif məhlulu, 4 natrium-hidrokarbonat məhlulu, tanin məhlulu və ya aktivləşdirilmiş kömürün suda suspenziyası ilə yuyulur.


    İntoksikasiyanı aradan qaldırmaq, su-duz balansını bərpa etmək və hemodinamikanı yaxşılaşdırmaq üçün venaya kristalloid məhlulları: Ringer məhlulu, "Trisol", "Asesol", "Laktosol", "Kvartasol" və s. yeridilir.

    Qida toksikoinfeksiyası zamanı antibiotiklərin, sulfanilamidlərin və başqa kimyəvi preparatların təyin edilməsi məqsədəuyğun deyildir.

    alıntı
0 0 0