Fiziki coğrafiya - 1

Son güncelleme:
  • coğrafiya tarixi - coğrafiya sözünün mənası - yerin forması və ölçüləri - coğrafi təsəvvürlərCoğrafiya sözünün mənası(yunan dilində) “Yerin təsviri"dir. Bu sözü ilk dəfə(e.ə.III əsr) yunan alimi Eratosfen işlətmişdir.Coğrafiya Yerin təbiəti, əhalisi və onun təsərrüfat fəaliyyəti haqqında elmdir.
    Coğrafi proqnozların (müşahidələrə və tədqiqatlara əsasən baş verəcək coğrafi hadisə və proseslər haqqında qabaqcadan fikir yürüdülməsi) verilməsi coğrafiya elminin əsas vəzifəsidir.

    Coğrafiya elmi iki əsas sahəyə bölünür:
    Fiziki coğrafiya (geomorfologiya, iqlimşünaslıq, hidrologiya ,torpaqşünaslıq, landşaftşünaslıq və s.) -Yerin təbiətini öyrənir.
    İqtisadi və sosial coğrafiya (demoqrafiya, nəqliyyat coğrafiyası, sənaye coğrafiyası və s)- əhalini və onun məşğuliyyətini öyrənir.
    Coğrafi məlumatları dəqiq öyrənmək üçün kartoqrafik təsvirlərdən (plan,xəritə və qlobus) geniş istifadə olunur.
    Coğrafiya elminin inkişaf mərhələləri:

    İbtidai coğrafi təsəvvürlər
    Orta əsrlər
    Böyük coğrafi kəşflər
    Müasir coğrafi tədqiqatlar

    Tanınmış səyyah və coğrafiyaşünasların bəziləri:
    492-ci il –X.Kolumbun Amerika qitəsini (Vest Hind adlarını) kəşf etməsi
    1498-ci il V.Qamanın Avropadan Hindistana olan dəniz yolunun kəşfi
    1502-ci il-A.Vespuççinin “Yeni Dünya”nın (Amerika qitəsinin) kəşf olunmasının sübutu
    XVI əsr-P.Rəisin Atlantik okeanın şərq sahillərinin xəritəsini tərtib etməsi
    1642-ci il A.Tasmanın Avstraliya sahillərinə çatması
    1771-ci il-C.Kukun Avstraliyanın materik olmasını sübut etməsi
    XIX əsr-H.Z.Şirvaninin Şimali Afrika, Cənubi və Cənub-Şərqi Asiya ölkələrini tədqiq etməsi
    1909-cu il-R.Amundsenin şimal qütbünü kəşf etməsi
    1911-ci il-R.Amundsenin cənub qütbünü kəşf etməsi
    1912-cu il-R.Skottun cənub qütbünü kəşf etməsi
    Azərbaycanın tədqiq etmiş səyyahlar: A.Düma, A.Nikitin, M.Polo və s.
    Məhəllin planı. Miqyas
    Məhəllin(nəzərdə tutulan məhdud ərazi ) kiçildilmiş və şərti işarəli təsviri plan adlanır. Ərazinin kiçiltmə nisbətini göstərən kəsrə miqyas deyilir.Kəsrin məxrəci böyüdükcə miqyasın kəmiyyəti kiçilir.
    Yazlışına görə miqyas üç cür olur :

    Ədədi (kəsr) : 1: 200.000
    İzahlı ( adlı):1 sm-də 200.000 sm=2000 m=2 km
    Xətti (qrafik):

    Planda obyekləri göstərən şərti işarələr üç əsas qrupa bölünür:

    Kontorlu (sahəvi) şərti işarələr obyektin yerini və ölçülərini göstərir. Məsələn: bağ, göl, və s.
    Miqyassiz şərti işarələr obyektin yerini göstərir. Məsələn: su quyusu
    Xətti şərti işarələr obyektin yerini və uzunluğunu göstərir .Məsələn dəmiryolu, sahil xətləri və s.

    Üfüqün cəhətləri. Azimut

    Məhəldə görünən ərazi üfüq adlanır. Üfüqün əsas cəhətləri: şimal,cənub.şərq,qərb;
    aralıq cəhətləri: simal-şərq, cənub-şərq,cənub-qərb ,şimal-qərb.
    Üfüqün cəhətlərinin dərəcə qiymətinə azimut deyilir. Azimut 00- 3600 olur və saat əqrəbi üzrə hesablanır. Azimutu məhəldə kompasla , planda isə transportirlə ölçürlər.
    Dənizçilər üfüqün cəhətlərini rumb (lat. “istiqamət”) adlandırırlar.
    Məhəldə üfüqün səhətlərini müxtəlif üsullarla (günorta vaxtı kölgənin istiqamətinə görə, qarışqa yuvalarına görə ,qəbir daşlarına görə, agacda bitən mamıra görə və s .) təyin etmək olar.
    Məhəllin planında şimala olan istiqamət ox işarəsi ilə göstərilir. Xəritə və qlobuslarda isə üfüqün cəhətləri dərəcə toruna (coğrafi kordinatlara) əsasən müəyyən olunur.

    Coğrafiyada nisbi və mütləq hündürlük anlayışlarından istifadə olunur
    Hər hansı iki nöqtə arasında (şaquli xətt üzrə) olan hündürlük fərqinə nisbi hündürlük deyilir və nivelirlə ölçülür .
    Okean (dəniz ) səviyyəsindən ölçülən hündürlüyə isə mütləq hündürlük deyilir və baromertlə ölçülür.
    Hündürlükləri (relyefi) təsvir etmək üçün ən əlverişli üsul horizontal üsuludur . Eyni mütləq hündürlüyə malik olan nöqtələri birləşdirən qapalı əyri xətlər horizontal (izohips) adlanır. Horizontallara aid olan xüsusiyyətləri aşağdakı sxemlərlə müəyyən etmək olar

    Qeyd: Fiziki xəritələrdə relyef daha aydın təsvir etmək üçün üç rəngin müxtəlif çalarlarından istifadə olunur:qəhvəyi (dağlar),yaşıl (ovalıqlar), mavi (su obyektləri)

    Məhəllin plana alınması
    Məhəllin plana alınması iki yolla həyata keçirilir.
    I Havadan planaalma-aerokosmik foto-planalma adlanır və geniş ərazilərin dəqiq planını tərtib etmək üçün istifadə olunur.
    II Yerüstü planaalma isə yer səthində aparılır və iki cür olur:
    Dəqiq planaalmanı mühəndis-topoqraflar mürəkkəb alətlərlə (teodolit, bussol və s.) həyata keçirilir və nəticədə topoqrafik xəritələr tələb olunmur.
    Gözəyarı (sadə) planaalma isə sadəalətlərlə(menzula, xətkeş,ruletka, pərgar və s.) həyata keçirilir və məsafələr və istiqamətlər gözəyarı təyin olunur. Gözəyarı planaalma iki üsulla aparılır:
    Qütb üsulu ilə planaalma səthi açıq və hamar olan kiçik ərazilərin ortasında bir nöqtədə dayanmaqla aparılır.
    Marşut üsulu ilə planaalma isə zolaq formasında və ya ətrafında gəzmək tələb olunan genişərazilər üçün tərtib olunur.

    Yerin forması və ölçüləri

    Yerin kürə formasında olması fikrini ilk dəfə (e.ə VI əsrdə) yunan alimi Pifaqor irəli sürmüşdür. Əslində Yer ekvatordan qabarıq, qütblərdən isə basıq olduğu üçün (bax: sxem 4) geoid(özünəməxsus) adlandırılmışdır.
    Yerin kiçildilmiş modelinə qlobus deyilir. Tədris məqsədi üçün böyük miqyaslı (1:30.000.000) orta miqyaslı (1:50.000.000) və kiçik miqyaslı(1:83.000.000) qlobuslardan istifadə edilir.

    Yerin əsas ölçüləri aşağıdakılardır:

    Yerin ümumi sahəsi:510 mln.km2
    Su sahəsi: 371 mln.km2
    Quru sahəsi: 149 mln.km2
    Ekvatorun uzunluğu:40076 km
    Meridian çevrəsinin uzunluğu: 40009 km
    Ekvatorial radius: 6378 km
    Qütb radiusu: 6357 km
    Yerin diametri:12756 km

    alıntı

    https://www.main-board.com/azerbaycan-tarixi-ve-cografiyasi/748437-fiziki-cografiya-2-a.html#post5068739
0 0 0