hikmətli sözlər - aforizmlər - maraqlı sözlər - balzac sözləri*Dost Üçün Kürəyimi Körpü Etməyə Hazıram Mən; Yetər ki Təmiz Ürəkləri Daşıyan Ayaqlar Keçsin Üstümdən.
*Əgər güvən varsa bir qəlbdə. O qəlbdə sevgi də tapılar, dürüstlük də !
*Dürüstlük bahalı bir mülkdür; ucuz insanlarda olmaz.
*Yaxşılığınıza inanılmasını istəyirsinizsə, ondan heç bəhs etməyin.
*Evlənmə savaşa bənzəyir. Mütləq məmnun olmayan bir tərəf vardır.
*Dünyada bir qadın üçün, hər hansı bir kişini təsiri altına aldığını bilməsi qədər zövqlü bir şey yoxdur.
*Vicdanımız yanılmaz bir hakimdir, biz onu öldürmədikcə.
*Bir qadın, sevdiyi adamın başqa bir qadın tərəfindən xoşbəxt edildiyini görməkdənsə, onu can verərkən görməyi seçər.
*Krallar da qadınlar da özləri üçün edilən hər şeyin bir borc ödəməsi olduğuna inanarlar.
*Xoşbəxtliyiniz Sizə Düşmən qazandırar, Fəlakətiniz İsə Dostlarınızı Uzaqlaşdırar.
*Fəlakətin yaxşılığı varsa, həqiqi dostlarımızı tanıtmasıdır.
*Hər müvəffəqiyyət, səbir ilə zamanı birləşdirərək təmin edilər.
*Yaxşı dostluqlar təmiz hesablarla qurular.
*İnsanın ən çətin dözdüyü duyğu ağrıdır.
*Gözləməsini bilənin hər şey ayağına gələr.
*Heç bir şeyin özündən gizlənmədiyinə inandırılmış bir qadını aldatmaqdan daha asan bir şey yoxdur.
*Ayaqqabılarım olmadığı üçün kədərlənərdim. Ta ki küçədə ayaqları olmayan adamı görənə qədər.
* Həyat, hər gedənin ardından qaçmağa dəyməz bilməlisən. Sən gələcək olanları gözlə,
*Dünəni unutmalı, Bu günü yaşamalısınız. Həmçinin dünən ilə bu gün arasında bir döyüş çıxarsa; sabahı itirərsiniz!
*Əslində həyatın ən gözəl xatirəsi ; Hər şeydən imtina etdiyində, Səni həyata bağlayan birinin olduğunu düşündüyün xatırlamaqdır
*Bəzən birinin yoxluğuna o qədər alışarsınız ki, başqa birinin gəlib o boşluğu doldurmasından qorxarsınız
*Gələcəyi maraqlanma, necə olsa gələcək. Amma keçəcək olanı yaxşı düşün, çünki ağılından silinməyəcək !
*İnsanlara özlərini nankorluğa məcbur edəcək qədər böyük xidmətlər göstərməyin.
*Sevilən qadın bütün qadınların ən gözəlidir
*Ümidsiz sevmək də bir xoşbəxtlikdir.
*Yuxunun məğlub etmədiyi heç bir ağrı yoxdur.
* Zəka dünyanı yerindən oynatmağa qadirdir
*Bir ana ürəyi,hər zaman bağışlamağı bacarandır
*Çətinliyinizin sirri sizin əlinizdə deyil, başqalarının əlindədir.
*Sənətin vəzifəsi, təbiəti kopiya etmək deyil, təbiəti ifadə etməkdir.
*Bir qadın sevdiyi adamın üzünü ,bir dənizçinin açıq dənizi bildiyi qədər yaxşı bilər.