Azərbaycanda Facebook istifadəçiləri

Son güncelleme:
  • azərbaycanda nə qədər facebook istifadəçisi varAzərbaycanda məşhur “Facebook” sosial şəbəkəsi istifadəçilərinin sayı 782 minə çatıb.

    Azərbaycan “Facebook” istifadəçilərinin sayı üzrə reytinqdə bu il yanvarda 91-ci yerdə idisə, indi 86-cı mövqedə qərarlaşıb.

    Ümumiyyətlə, son altı ayda Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 211 mindən çox artıb. Hazırda Azərbaycanda bu sosial şəbəkə istifadəçilərinin 64 faizi kişi, 36 faizi isə qadındır.

    Azərbaycanda “Facebook” istifadəçilərinin yaş kateqoriyaları üzrə 13-15 yaş arasında olan istifadəçilər 8 faiz, 16-17 yaş arasında olan istifadəçilər 12 faiz, 18-24 yaş arasında olan istifadəçilər 47 faiz, 25-34 yaş arasında olan istifadəçilər 23 faiz, 35-44 yaş arasında olan istifadəçilər 6 faiz, 45-54 yaş arasında olan istifadəçilər 2 faiz, 55-64 və 65-dən yuxarı yaş arasında olan istifadəçilər isə ayrı-ayrılıqda 1 faiz təşkil edir.

    Statistikanın dəqiq olduğuna tam əmin ola bilərsiniz.

    alıntı
0 0 0