Gözəl Sözlər - Aforizmlər

Son güncelleme:
  • hikmətli sözlər - maraqlı sözlərİnsan ürəyi, neçə yaşında olursa, olsun ancaq ona açılan ürəyə cavab verər.
    Maria Edgeworth

    İnsan uşaqlığını xatırlayınca keçmiş çağlarda yaşanmış kimi gəlir.
    Kathlen Fraser

    Ən yaxşı dostlarımdan kimiləri uşaqlardır. Əslində bütün yaxşı dostlarım uşaqlardır.
    J. D. Salinger

    Özünüzə gülə bildiyiniz ilk gündən böyüməyə başlarsınız.
    Ethel Barrymore

    Sən mənim üçün, gözəl dostum, əsla yaşlı ola bilməzsən. Çünki səni ilk görəndə gözəlliyin nəcə idisə, indi də elə görünür.
    Shakespear

    İnsanların böyük əksəriyyəti bütün xoşbəxtliklərini bir başqa insanın əlinə bilərək qoymağa çalışır. Bu cür xoşbəxtlik axtarışı insanın yetkin olmadığını göstərir. Yetkin insan xoşbəxtliyinin təməlinin öz içində olduğunu bilir.
    Quentin Crisp

    Kifayət qədər səbəbiniz varsa, hər şeyi edə bilərsiniz.
    Jim Rohn

    Hər şey eyni nəfəsdən alar: Heyvanlar, insanlar, ağaclar... Heyvanlar olmasa, insanlar nə edər? Bütün heyvanlar getsə, insanların ruhu böyük bir təklikdə boğular, insanlar təklikdən ölər.
    Qırmızıdərili Rəisi Seattle

    Doğulandan sahib olduqlarınızla yaşamağı öyrənmək bir müddət, bir iştirak, yəni həyatınızın yoğrulmasıdır.
    Diane Wakoski

    İki şeyə haqqım olduğuna qərar verdim: Azadlıq və ölüm. Birinə sahib ola bilməzsəm, o birini istəyərəm, çünki heç kim məni canlı məhbus edə bilməz.
    Harriet Tubman

    Nə vaxt həyatını mənasız, səthi və darıxdırıcı esab etməyə başlasan, bu dünyada neçə günün olduğunu düşün və bu şüurla davranışlarını nəzərdən keçirərək istiqamətləndir.
    Don Juan Matu

    alıntı
0 0 0