qırmızı meyvə və tərəvəzlərin orqanizm üçün faydasıQırmızı meyvə və tərəvəzlərin orqanizm üçün xüsusi faydası var.
Onlar arasından bəziləri gözəllik üçün əhəmiyyətlidir.
Albalı: Deyilənə görə, albalı qocalmanın qarşısını alır, dərini daim cavan saxlayır.
Alma: Bir çox xəstəliklərə dərman olan bu meyvə həm də dəri elastikliyini artırır.
Çiyələk: Bu meyvə həm ehtirası gücləndirir, həm də dəridəki qara nöqtələri aradan qaldırır.
Qırmızı acı bibər: İştahasızlıq və anoreksiyadan əziyyət çəkənlərə məsləhət görülür. Güclü iştahartırıcı olan qırmızı bibəri kökəlmək istəyənlər yesin.
Dəri rəngini açmaq və onun daim parıldamasını arzulamaq hər bir qadının işidir.
Bunun üçün xanımlar çox vaxt salonlara gedir, bahalı prosedurlardan istifadə edirlər. Bunu ev şəraitində də etmək mümkündür.
Pilinqi hazırlamaq o qədər də çətin deyil.
Bunun üçün lazımdır.
• 1 xörək qaşığı zeytun yağı
• 1 xörək qaşığı quru maya
• 2 ədəd çiyələk (3/1 bananla da əvəzləmək olar)
Bütün bunları qarışdırıb, üzə çəkib, asta masaj edin. 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyub, nəmləndirici krem çəkin.