dərinizə uyğun ten seçək - göz qələmindən necə istifadə etmək lazımdı - dodaq qələmini nəyə uyğun seçəkTərkibində çoxlu miqdarda B vitamini olan düyü dəri üçün ən yaxşı qoruyucu vasitələrdən biridir. Yapon qadınlarının təmiz və hamar dərilərinin sirri də elə düyü maskası və kirşanıdır. Tərkibindəki RR vitamini streslə mübarizə aparmağa kömək edir, dərinin elastikliyini artırır. Buna görə də düyüdən maska hazırlayıb üzə çəkmək super – effekt yaradacaq.
• Düyünü suda isladıb, üzünüzə kompres edin. 15 dəqiqə saxladıqdan sonra üzü nəm parça ilə silin. Bitkinin tərkibindəki EE vitamini ölü hüceyrələri aradan qaldıracaq, dərini zədələrdən qoruyacaq. Düyü qırışların açılmasına, dərinin daha da cavanlaşmasına kömək edəcək.
• Hər gün üzünüzə düyü yağı çəkin.
• Düyünü yuyub, blenderdə əzin. Üzərinə 2 xörək qaşığı isti süd töküb qarışdırın. Alınan maddəni qalın formada üzə çəkin. 10-15 dəqiqədən sonra maskanı silib, üzü su ilə yuyun. Maska dərini daha yumşaq və hamar edəcək, qan dövranını yaxşılaşdıracaq.
Tələm-tələsik harasa getməlisiniz? Qısa müddətdə makiyaja vaxt ayıra biləcəksinizmi? Yəqin ki, xeyir deyəcəksiniz. Bəs, qısa zaman kəsiyində makiyaj etməyin sirrini necə, öyrənmək istəyirsinizmi? O zaman diqqətli olun.
İlk olaraq dərinizə uyğun ten seçək
Dəriniz solğundursa bu zaman göz altlığı üçün solğun narıncı və boz tenlərdən istifadə etməyiniz məsləhət görülür. Əgər dərinizdə ləkələr, sızanaqlar varsa teni dərinizin rəngindən bir və ya iki dəfə açıq seçməyiniz tövsiyə edilir. İstifadə etdiyiniz rəngləri dərinizə hopduraraq barmağınızla yayın. Ənlik və üz fırçasından istifadə etməklə rənglər arasında bir bağlılıq yarada bilərsiniz.
Gözləri cəlbedici etmək üçün ilk olaraq parlaq ten seçərək onu gözünüzün üzərinə yayın. Açıq rəngli tenlərə daha çox üstünlük verməklə müsbət nəticə əldə etmək olar. Boz, qara və qəhvəyi rəngli tenlər gözlərinizə dərin və mənalı baxış verəcək. Mavi və yaşıl tonlara üstünlük verməklə daha gənc görünə bilərsiniz.
Göz qələmindən necə istifadə etmək lazımdı?
Gözləriniz kiçikdirsə kipriklərin üstünə, iridirsə gözünüzün içinə qələm çəkərək əsrarəngiz görünüşə sahib ola bilərsiniz. Daha sonra rəngi ətrafa yaymaqla göz ətrafına kölgə verin. Daha cazibədar görünmək üçün tuşla kipriklərinizə iki qat həcm verməyi də unutmayın.
Dodaq qələmini nəyə uyğun seçək?
Dodaq qələmindən istifadə edirsinizsə, boyanıza uyğun bir rəng seçərək dodaqlarınıza kontur verin. Parlaq dodaqlara sahib olmaq üçün dodaqlarınızın tam mərkəzinə bir parlaqlıq da əlavə edərək işinizi tamalayın.