793-794 - Beyləqanda Əbu Müslim üsyanı
796/97-797/98 - Xürrəmilərin Azərbaycanda yeni çıxışları
VIII əsrin sonu - Ərəb-Xəzər müharibələrinin başa çatması
VIII əsrin sonu - IX əsrin əvvəlləri - "Ərminiyə" inzibati adının faktiki ləğvi
VIII əsrin sonu - IX əsrin əvvəlləri – Yəzid ibn Məzyəd ət-Şeybaninin Azərbaycanda hakimliyi
808-809 - Xürrəmilərin Azərbaycanda, İsfahanda, Reydə, Həmədanda və s. çıxışları
816 - Cavidan və Əbu İmranın bir-birlərini öldürmələri; Babək-xürrəmilərin başçısıdır.
821 - II Varaz Tiridatın öldürülməsi
IX əsrin 20-ci illərinin sonu - 30-cu illərinin əvvəli - Arranda bidətçi beyləqanlıların (pavlikianların) hərəkatı
830-833 - Xürrəmilərin hərəkatının genişlənməsi, Həmədanın tutulması
835 - Alban hakimi Səhl ibn Smbatın Arranı ələ keçirməsi
836 - Həştadsər vuruşması
836-cı ilin qışı - Babəkin sərkərdəsi Tarxanın öldürülməsi
837 avqust - Bəzz qalasının tutulması və dağıdılması; Babəkin qaçması
837, 15 sentyabr - Babəkin tutularaq Bərzəndə gətirilməsi
838, yanvar-mart - Babəkin edam edilməsi
839-840 - Təbəristanda Məzyədin başçılığı ilə üsyan
839-40 - Azərbaycanda Minkiçəvr əl-Fərqaninin mərkəzi hakimiyyətə qarşı çıxışı
842-847 - İsfahanda xürrəmilərin yeni çıxışları
IX əsrin 40-cı illəri - Cənubi Qafqazda Xilafətə qarşı çıxışlar
853 - Buğa əl-Kəbirin çıxışları yatırması; yerli hakimlərin Samirə şəhərinə əsir aparılması
IX əsrin II yarısı-X əsrin əvvəlləri - Xilafətin zəifləməsi; Azərbaycanda separatizmin güclənməsi
861 - Məzyədilərdən olan Heysəm ibn Xalidin Şirvanda, Yəzid ibn Xalidin Layzanda hakimiyyəti ələ almaları
869 - Haşim əs-Suləminin müstəqil Dərbənd şəhər-dövlətinin (əmirliyinin) əsasını qoyması
886 (887) - Qriqor Hammamın Alban dövlətin bərpa etməsi
IX əsrin 80-ci illərinin əvvəlləri - Bakı neft mədənlərindən və duz yataqlarından əldə edilən gəlirin dərbəndlilərə verilməsi haqqında Xəlifə fərmanları
IX əsrin 80-cı illərin axırı - Sünik və Arsax-Xaçın knyazlığının yaranması
IX əsrin II yarısı - X əsrin I yarısı - Azərbaycanda elmi və fəlsəfi fikrin inkişafı (əl-Bərdici, əl-Bərdəi, Məhəmməd əl Bakuvi və b.)
898-941 - Sacilər dövləti
901-927 - Yusif ibn Əbu Sacın Xəlifənin Azərbaycandakı canişini təyin edilməsi
913-914 - Rusların Abşeron sahilinə və Bakıya hücumları
914 - Yusifin erməni hökmdarı I Smbatı məğlub etməsi
917 - Layzanşah Əbu Tahir Yəzidin Şirvanı tutması və "şirvan-şah" titulunu qəbul etməsi
917 - Şamaxının Əbu Tahir Yəzidin şərəfinə Yəzidiyyə adlandırılması
930 - Şirvan-Dərbənd sülh müqaviləsi
943 - Rusların Bərdəni işğalı və dağıtması
960 - Sənəkərimin Şəkidə hakimiyyəti möhkəmlətməsi və "alban hökmdarı" adını qəbul etməsi
971-1075 - Şəddadilər dövləti (Gəncə əmirliyi)
983 - Şabranın qala divarlarının tikilməsi
983-1060; 1107-1117 - Rəvvadilər dövləti
1018-1021, 1029 - Oğuzların Azərbaycana yürüşləri
1027 - Araz çayı üzərində on bir aşırımlı Xudafərin körpüsünün tikilməsi
1030 - Rusların gəmilərlə Azərbaycana yeni hücumu
1038-Orta Asiyada Oğuz dövlətinin təşəkkülü
1040 - Dəndənəkan döyüşü
XI əsrin 40-cı illəri - Səlcuq yürüşlərinin başlanması
1045 - Yəzidiyyənin və Gəncənin qala divarlarının möhkəmləndirilməsi
1054 - Sultan Toğrulun Təbrizə hücumu
1066 - Şirvanda iğtişaşlar
XI əsrin 60-70-ci illəri - Alp Arslanın, Məlik şahın Azərbaycana hücumları
1078/79 - Bakıda "Sınıq qala" məscidinin inşası
XI əsrin sonu - Dərbənd şəhər-dövlətinin Şirvanşahlar dövlətinə qatılması
XI-XII əsrlər - Gəncəçay üzərində üç çoxaşırımlı körpünün inşası
XI-XIII əsrin əvvəlləri - Azərbaycan poeziya məktəbinin çiçəklənmə dövrü
1100 - Beyləqanda üsyan
1111 - Şirvanşah III Mənuçehrin gürcü şahzadəsi Tamarayla evlənməsi
1117-1157 - Böyük Səlcuq sultanı Səncər
1118 - Mərkəzi Həmədanda olan İraq Səlcuq sultanlığının yaradılması; sultan Mahmudun fəaliyyətə başlaması
1120/21 - Gürcü hökmdarı IV Davidin Arrana hücumu
1122 - Gəncədə zəlzələ
1123/24 - Gürcülərin Şirvana hücumları
1130-1213 - Mxitar Qoş
1133-1152 - Məsudun İran sultanı elan edilməsi
1135 - Xəlifə-sultan qarşıdurmasının müharibəyə çevrilməsi; xəlifə qoşununun məğlubiyyəti
1136 - Sultan Məsudun atabəy Şəmsəddin Eldənizə Arranı iqta verməsi; Atabəyin Bərdəyə gəlişi
1139 - Gəncədə zəlzələ; gürcülərin basqını və şəhər qapılarını da qənimət kimi aparmaları
1142 - Əmir Qutluğun Gəncədə sultana qarşı çıxışı
1145-1234 - Şihabəddin Sührəvərdi
1147 - Xas bəyin Sultan Məsud tərəfindən Azərbaycan və Arrana hakim təyin edilməsi
1148 - Marağada "Qırmızı günbəz" türbəsinin inşası
1148 - İraq sultanlığı əmirlərinin Şəmsəddin Eldənizlə birlikdə sultan Məsuda qarşı çıxışları və hücumları
XII əsrin ortaları - Mxitar Qoşun "Nor-Getik"-Qoşavəng monastırının və oradakı məktəbin yaranması
1153 - Sultan Məhəmmədin hakimiyyətə gəlməsi
1160 - Arslan şahın İraq sultanı olması Şəmsəddin Eldənizə "böyük atabəy" titulu verilməsi
1161 - Gürcülərin Azərbaycan Atabəyləri dövləti ərazisinə ilk hücumu; Ani, Dvin, Gəncə şəhərlərinin qırğın və talana məruz qalması
1163-64 - Şəmsəddin Eldənizin Gürcüstana cavab hücumu. Ani və Dvin şəhərlərinin qaytarılması
1166 - Sünik padşahlığının dağılması
1168 - Marağa hakimi Arslan Abanın atabəylərdən vassal asılılığı haqqında müqaviləni imzalaması
1174/75 - Rusların və qıpçaqların Şirvana yürüşləri
1174-1186 - Atabəy Məhəmməd Cahan Pəhləvan
1175 - Təbrizin və Ruindiz qalasının Eldənizlərin mülklərinə qatılması
1186 - Möminə xatun (Atabəy günbəzi) türbəsinin inşasının başa çatması
1186-1191 - Atabəy Qızıl Arslan "Məmlük" dövrünün başlanması
1188 - Qızıl Arslanın Həmədanı tutması və sultan taxtına oturması
1191 - Qızıl Arslanın qətli
1191/92 - Şamaxıda dağıdıcı zəlzələ. Şirvanşahların paytaxtı Bakıya köçürmələri
1191-1210 - Atabəy Əbubəkr
1194 - Şəmkir, Beyləqan, Gəncə yaxınlığında birləşmiş gürcü-Şirvan ordusu ilə Əbubəkr ordusu arasında döyüş. Əbubəkrin məğlubiyyəti
1194 - Cahan Pəhləvanın oğlu Əmir Əmiranın gürcü-Şirvan birliyinin köməyilə Gəncəni tutması və burada öldürülməsi
XII əsr - Qazax rayonu ərazisində "Qırmızı körpü"nün inşası
XII-XIII əsrin əvvəli - Arsax-Xaçın knyazlığının yenidən dirçəlməsi
1206 - Atabəy Əbubəkrin gürcü hökmdarlarının qızı ilə evlənməsi; gürcü hücumlarına ara verilməsi
1208 - Marağa hakimləri Ağ Sunqur əl-Əhmədililər nəslinin tükənməsi. Atabəy Əbubəkrin Marağanı tutması
1210 - Atabəy Əbubəkrin vəfatı
1210-1225 - Atabəy Özbək
1210-1211 - Gürcülərin Azərbaycan ərazisinə ən böyük və geniş hücumları. Azərbaycan şəhərlərinin (Mərənd, Miyanə, Zəncan, Qəzvin, Əbhər, Ərdəbil, Uçan, Dvin və b.) çapılıb talan edilməsi
1214-1215 - Özbəyin Xaçına yürüşü