1618, 26 sentyabr - Mərənddə Səfəvi-Osmanlı sülhünün imzalanması
1618-1623 - II Sultan Osmanlı hakimiyyəti
1623-1640 - IV Sultan Muradın hakimiyyəti
1624-1626 - Səfəvi-Osmanlı müharibəsi
1625, 30 iyun - I Şah Abbasın Əlkitçay dərəsində gürcüləri ağır məğlubiyyətə uğratması
1629, 19 yanvar - I Şah Abbasın vəfatı
1629-1642 - I Şah Səfinin hakimiyyəti
1629 - Talışda üsyan
1630, 30 aprel - Osmanlı ordusunun İrəvanı tutması
1631-1632 - Kazakların Bakı şəhərinə hücumları. Dərviş Rzanın rəhbərliyi altında Qəzvin ətrafında üsyan
1635-ci ilin yayı - IV Sultan Muradın Azərbaycana yürüşü
1639, 17 may - Qəsri-Şirində Səfəvi-Osmanlı sülhünün bağlanması
1642-1667 - II Şah Abbasın hakimiyyəti
1667-1694 - Şah Süleymanın hakimiyyəti
1668, 4 yanvar - Şamaxıda zəlzələ
1668-ci ilin yayı - Stepan Razinin başçılığı altında kazakların Bakını talan etməsi
1696-1722 - Şah Sultan Hüseynin hakimiyyəti
1699-1702 - Səfəvi dövlətində təbəələrin ümumi siyahıya alınması
1707-1709 - Erməni fırıldaqçı siyasətbazı İsrail Orinin Azərbaycana və İrana casusluq səfəri. Car-Balakən bölgəsində üsyanlar
1709-1711 - Şirvanda üsyanlar
1710 - Qaçqın kəndlilərin zorla geri qaytarılması barədə şah fərmanının verilməsi
1713 - Səfəvi elçisi Fəzlulla bəyin Rusiyaya səfəri
1716-1718 - Rus dövlətinin elçisi A. P. Volınskinin Azərbaycana və İrana səfəri
1717 iyun-iyul - Rusiya-İran ticarət müqaviləsinin bağlanması
1718-1719 - Hacı Davudun başçılığı ilə Şirvanda üsyanın birinci mərhələsi
1720-1721 - Şirvanda üsyanın ikinci mərhələsi
1721, avqust - Hacı Davud və Qazıqumuqlu Surxay xanın başçılıq etdiyi Şirvan üsyançılarının Şamaxını tutması
1722, iyul - I Pyotrun başçılığı ilə rus qoşunlarının Azərbaycana və İrana hərbi yürüşünün başlanması
1722, 23 avqust - Rus qoşunlarının Dərbənd şəhərinə daxil olması
1722, 5 sentyabr - Rus ordusunun yürüşünün dayandırılması və I Pyotrun Rusiyaya dönməsi
1722, oktyabr - İsfahanın üsyançı əfqan qəbilələri tərəfindən alınması
1722, dekabr - Hacı Davudun Türkiyənin himayəsinə qəbul edilməsi və Şirvan xanı təsdiq olunması: Rus eskadrasının Rəşt şəhərini zəbt etməsi
1723, avqust - Rus eskadrasının Bakını zəbt etməsi
1723, sentyabr - Peterburqda Rusiya hökuməti ilə İran elçisi İsmayıl bəy arasında "müqavilə" bağlanması
1724, 12 iyul - İstanbulda Səfəvi irsini bölüşdürmək barədə Osmanlı-Rusiya bağlanması
1724, iyun - Osmanlı qoşunlarının İrəvan şəhərini alması
1724 - Bakı şəhərində Dərgahqulu bəyin başçılığı ilə ruslara qarşı hazırlanan qiyamın üstünün açılması
1725, may - Osmanlı qoşunlarının Təbrizi alması
1725, avqust - Gəncənin Osmanlı qoşunları tərəfindən alınması
1725, dekabr - Ərdəbilin Osmanlı qoşunları tərəfindən alınması
1726-1727 - Müşkür, Niyazabad, Cavad, Salyan, Astara, Lənkəran, Qızılağac və Talışın rus qoşunları tərəfindən işğalı
1726-1758 - Qubalı Hüseynəli xanın hakimiyyəti
1727-1728 - Hacı Davudun Şirvan xanı vəzifəsindən azad edilməsi və Surxay xanın Şirvan hakimi təsdiq olunması
1730 - Nadir şah Əfşarın İsfahan şəhərini əfqanlardan azad etməsi. Bakıda ruslara qarşı Dərgahqulu xanın başçılıq etdiyi yeni qəsdin üstünün açılması
1732, 16 yanvar - Girmanşahda Osmanlı komandanlığı ilə II Təhmasib arasında sülh müqaviləsinin bağlanması
1732, 21 yanvar - Rəşt şəhərində Rusiya-İran müqaviləsinin bağlanması
1733, fevral - Bağdad şəhərində Nadirlə Əhməd paşa arasında sülh müqaviləsinin bağlanması
1734, avqust - Nadirin Şamaxını ələ keçirməsi
1735 - Hacı Davudun vəfatı
1735, 10 mart - Gəncə şəhərində Nadirlə Rusiya nümayəndəsi S. Qolitçın arasında müqavilənin bağlanması
1743 - Şəkidə üsyan
1744, noyabr - Nadir şahın qoşunla Şəki üzərinə hərəkət etməsi
1747, 20 iyun - Nadir şahın sui-qəsd nəticəsində öldürülməsi
1747 – III Sam Mirzənin başçılığı ilə üsyan. Əliqulu Mirzənin özünü Adil şah adı ilə şah elan etməsi.
Qəbələ və Ərəş hakimlərinin Şəki xanlığına yürüşü. Seyid Abbas xanın özünü Talış xanı elan etməsi
1743-1755 - Hacı Çələbi xanın hakimiyyəti
1747-1759 - Dərbəndli Məmmədhüseyn xanın hakimiyyəti
1747-1760 - Gəncəli Şahverdi xanın hakimiyyəti
1747-1762 - Bakılı Mirzə Məhəmməd xanın hakimiyyəti
1747-1786 - Talışda Cəmaləddin Mirzə bəyin (Qara xanın) hakimiyyəti
1748 - Bayat qalasının tikilməsi. Əmiraslan xanın özünü İran hakimi elan etməsi
1748-ci ilin sonu - Adil şahın taxtdan salınması
1748-1763 - Qarabağlı Pənahəli xanın hakimiyyəti
1751 - Məhəmmədhəsən xan Qacarın Şuşaya yürüşü
1752 - Gürcü çarları Teymuraz və II İraklinin Şəki xanlığına yürüşü
1755 - Hacı Çələbi xanla qubalı Hüseynəli xan arasında toqquşma
1755-1779 - Şəkili Hüseyn xanın hakimiyyəti
1757 - Pənahabad (Şuşa) qalasının inşası. Salyan sultanlığının Quba xanlığına birləşdirilməsi
1758-1789 - Qubalı Fətəli xanın hakimiyyəti
1758-1763 - Əsgəran qalasının tikilməsi
1759 - Urmiyalı Fətəli xan Əfşarın Şuşaya hücumu
1760-1780 - Gəncəli Məhəmmədhəsən xanın hakimiyyəti
1760 - Məhəmmədhəsən xan Qacarın Şuşaya yürüşü
1761 - Kərim xan Zəndin Qarabağa yürüşü. Dərbəndin Quba xanlığına birləşdirilməsi
1763-1786 - Xoylu Əhməd xanın hakimiyyəti
1763 - Məhəmməd Səid xanın Yeni Şamaxını ələ keçirməsi
1768 - Şamaxı xanlığının Quba və Şəki xanlıqları arasında bölüşdürülməsi. Cavad xanlığının Quba xanlığına birləşdirilməsi
1768-1784 - Bakılı Məlikməhəmməd xanın hakimiyyəti
1772 - Şəki şəhərinin yeni əraziyə köçürülməsi
1774, iyul - Əmir Həmzənin başçılıq etdiyi rus qoşunlarının Dərbəndi mühasirəyə alması
1774, avqust - General de-Medemin başçılıq etdiyi rus qoşunlarının Dərbəndə gəlməsi
1779 - Qarabağlı İbrahim xanın bakılı Məlikməhəmməd xanı həbs etməsi
1779-1781 - Şəkili Əbdülqədir xanın hakimiyyəti
1780-1781 - Qubalı Fətəli xanın Qarabağa yürüşləri
1781-1795 - Şəkili Məhəmmədhəsən xanın hakimiyyəti
1783, 24 iyul - Kartli-Kaxeti çarlığının Rusiya himayəsinə keçməsi haqqında Georgiyevsk müqaviləsinin imzalanması
1783-1804 - Gəncəli Cavad xanın hakimiyyəti
1785 - Xoylu Əhməd xanın Təbrizə yürüşü
1786-1814 - Mir Mustafa xanın hakimiyyəti
1795 - Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza birinci yürüşü
1795, iyun-iyul - Şuşa qalasının Ağa Məhəmməd şah Qacarın qoşunları tərəfindən mühasirəyə alınması
1795-1806 - Şəkili Səlim xanın hakimiyyəti
1796, aprel - V. Zubovun başçılığı ilə rus qoşunlarının Azərbaycana yürüşü
1796-1806 - Qarabağlı İbrahim Xəlil xanın hakimiyyəti
1797 - Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza ikinci yürüşü
1797, 4 iyul - Ağa Məhəmməd şahın Şuşada qətlə yetirilməsi
1801 (əvvəli) - İran-İngiltərə müqaviləsi
1801, 12 sentyabr - Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti
1802, 26 dekabr - Georgiyevski müqaviləsi
1803, mart - Car-Balakənin Rusiya tərəfindən işğalı
1804, 4 yanvar - Gəncənin Rusiya tərəfindən işğalı
1804, 10 iyul - Rusiya ilə İran arasında diplomatik əlaqələrin kəsilməsi
1804, iyul - Rusiya-İran müharibəsinin başlanması
1805, 14 may - Qarabağ xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsi
1805, 27 dekabr - Şirvan xanlığı ilə Rusiya arasında müqavilə
1806, 8 fevral - Sisianovun Bakı yaxınlığında öldürülməsi
1806, iyun - İbrahimxəlil xanın öldürülməsi
1806, iyun - Rus qoşunlarının Şəki xanlığından qovulması
1806, 22 iyun - Rus qoşunları tərəfindən Dərbəndin tutulması
1806, sentyabr - Bakı və Quba xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi
1806, oktyabr - Şəki xanlığının işğalı
1806, dekabr - Rus-türk müharibəsinin başlanması
1809 - İngiltərə-İran müqaviləsi
1810, 15 iyun - Mehrinin ruslar tərəfindən işğalı
1810, avqust - İranla Türkiyə arasında Rusiya əleyhinə hərbi ittifaq bağlanması
1812, 21 dekabr - Kotlyarevskinin Lənkəran xanlığına soxulması
1813, 12 oktyabr - Gülüstan sülhü
1818 - Ağalar haqqında "Əsasnamə"
1819 - Nuxada komendant üsulunun təsisi
1820 - Şirvanda komendant üsulunun təsisi
1822 - Qarabağ xanlığında komendant üsulunun təsisi
1824 - Şuşada hərbi dairə rəisi dəftərxanasının təsis edilməsi
1826 - Lənkəranda komendant üsulunun təsisi
1826, 19 iyul - Abbas Mirzənin Şimali Azərbaycana hücumu
1826, 27 iyul - Gəncə üsyanı
1826, 3 sentyabr - Şamxor döyüşü
1826, 4 sentyabr - Gəncənin yenidən işğalı
1826, 13 sentyabr - Gəncə döyüşü
1826, 9 dekabr - Nuxanın yenidən tutulması
1826, 26 dekabr - Rus qoşunlarının Cənubi Azərbaycana soxulması
1827, 26 may - Naxçıvanın tutulması