1934, noyabr - Azərbaycan Dövlət Universitetinin bərpa edilməsi.
1935, 11-17 yanvar - VIII Ümumazərbaycan Sovetlər qurultayı.
1935, oktyabr - SSRİ EA Zaqafqaziya Filialı Azərbaycan Bölməsinin (Az.OZFAN) SSRİ EA Azərbaycan Filialına (Az.FAN) çevrilməsi.
1937, 14 mart - Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında Azərbaycan SSR-in yeni Konstitusiyasının qəbulu.
1937, 3-9 iyun - AK (b) P XIII qurultayı.
1937, 17 sentyabr - Naxçıvan MSSR-in yeni Konstitusiyasının qəbulu.
1938, 11-14 mart - Azərbaycan aşıqlarının II qurultayı.
1938, 5-14 aprel - Moskvada Azərbaycan incəsənətinin birinci dekadası.
1938, 7-14 iyun - AK (b) P XIV qurultayı.
1939, 25 fevral - AK (b) P XV qurultayı.
1939 2 sentyabr - İkinci Dünya müharibəsinin başlanması.
1940, 1 yanvar - Azərbaycan yazısının rus qrafikası əsasında yeni əlifbaya keçilməsi.
1940, 12-16 mart - K (b) P XVI qurultayı.
1940, 6 may - Samur-Dəvəçi kanalının 1 növbəsinin açılışı.
1940, 15-28 may - Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyü.
1940, 23-25 oktyabr - Azərbaycan Rəssamlar İttifaqının birinci təsis qurultayı.
1941, 22 iyun - Faşist Almaniyasının SSR-yə hücumu.
1941, 28 iyun - Azərbaycan SSR-də bütün işin müharibənin tələblərinə uyğun qurulması.
1941, avqust - 402-ci Azərbaycan milli diviziyanın yaradılması.
1941 avqust - SSRİ və Böyük Britaniya qoşunlarının İrana (Cənubi Azərbaycana) müdaxiləsi.
1941, oktyabr - 223-cü Azərbaycan milli diviziyanın yaradılması.
1941, dekabr - İsrafıl Məmmədovun Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülməsi.
1941-1945 - Cənubi Azərbaycanda milli demokratik hərəkatının birinci mərhələsi.
1942, fevral-mart - 416-cı Azərbaycan milli diviziyanın yaradılması.
1942, may - 77 Azərbaycan milli diviziyanın yenidən komplektləşdirilməsi.
1942, avqust-sentyabr - 271-ci Azərbaycan milli diviziyanın yaradılması.
1942, 9 sentyabr - Azərbaycan SSR-də hərbi vəziyyət elan edilməsi.
1943-cü ilin payızı - Berlində mühacir Azərbaycan Parlamenti və hökumətinin seçilməsi.
1945, 23 yanvar - Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması.
1945, 9 May - Faşist Almaniyası üzərində qələbə.
1945, 2 sentyabr - Yaponiya üzərində qələbə.
1945-1954 - Mingəçevir SES-nin tikilib istifadəyə verilməsi.
1946 iyun - Təbriz Universitetinin açılması.
1946 dekabr - Cənubi Azərbaycanda milli-demokratik hərəkatın süqutu.
1947 23 dekabr - 10 mart - SSRİ Nazirlər Sovetinin Ermənistan SSR-dən azərbaycanlıların deportasiya edilməsi haqqında qərarları.
1948 - Xəzər dənizində dünyada ilk olaraq neft-mədən estakadasının qurulması.
1948, iyun - Bakıda Xarici Dillər İnstitutunun yaradılması
1948, 11 noyabr - Mingəçevir şəhərinin salınması
1949 - Azərbaycan SSR-də icbari yeddilik təhsilə keçilməsi.
1955 - M. Rəsulzadənin Ankarada vəfatı.
1959 - Azərbaycan SSR-də icbari səkkizillik təhsilə keçilir.
1962 - Bakı-Krasnovodsk gəmi-bərə yolunun istifadəyə verilməsi.
1966 - İcbari on illik təhsilə keçilməsi.
1967 - Bakı metropoliteninin 6 stansiyasının işə salınması.
1969, iyul - H. Ə. Əliyevin Azərbaycan KP MK Birinci katibi seçilməsi. Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilməsi.
1978, aprel - Azərbaycan SSR yeni Konstitusiyasının qəbul edilməsi.
1982 - H. Ə. Əliyevin Sov. İKP MK Siyasi Bürosuna üzv seçilməsi və SSRİ Nazirlər Sovetinin Birinci müavini təyin edilməsi.
1983 - Bakı-Qroznı neft kəmərinin istifadəyə verilməsi.
1987 - H. Ə. Əliyevin Moskvada öz vəzifəsindən istefa verməsi.
1988, 17 noyabr - Azərbaycanda milli-azadlıq hərəkatının başlanması.
1988, dekabr - Qərbi Azərbaycan torpaqlarından (Ermənistan SSR-dən) azərbaycanlıların kütləvi deportasiyasının başa çatdırılması.
1989, 30 dekabr - Gəncə şəhərinin tarixi adının bərpa edilməsi.
1990, 20 yanvar - Bakıda Sovet ordusunun qanlı qırğın törətməsi.
1990, 19 may - Respublikada "Prezident" institutunun təsisi
1991, 5 fevral - Azərb. SSR-nin adının dəyişdirilərək Azərbaycan Respublikası adlandırılması.
1991, 3 sentyabr - H. Ə. Əliyevin Naxçıvan MR Ali Məclisinin sədri seçilməsi.
1991, sentyabr - Qondarma "Dağlıq Qarabağ Respublikası"nın yaranması.
1991, 18 oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi.
1991, 26 noyabr - DQMV statusunun ləğv edilməsi.
1991, 26 noyabr - Milli Şuranın yaradılması.
1992 ,25-26 fevral - Xocalı faciəsi.
1992, 17-18 may - Laçının düşmən əlinə keçməsi.
1992, 7 iyun - AXC-nin sədri Əbülfəz Əliyevin (Elçibəyin) Respublika Prezidenti seçilməsi.
1992, oktyabr - Azadlığı müdafiə aktına 907 saylı əlavənin qəbul edilməsi
1992, 21 noyabr - Naxçıvanda Yeni Azərbaycan Partiyasının (YAP) yaranması
1993, 3-6 aprel - Kəlbəcərin işğalı
1993, 4 iyun - Gəncə qiyamı
1993, 9 iyun - H. Əliyevin Bakıya gəlməsi
1993, 15 iyun - H. Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi- "Qurtuluş" günü
1993, 23 iyul - Ağdamın işğalı
1993, 18 avqust - Cəbrayılın işğalı
1993, 21-23 avqust - Cənub bölgəsində qiyamın yatırılması
1993, 23 avqust - Fizulinin işğalı
1993, 31 avqust - Qubadlının işğalı
1993, 24 sentyabr - Azərbaycanın MDB-yə daxil olması
1993, 3 oktyabr - H. Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi
1993, 30 oktyabr - Zəngilanın işğalı
1993, 2 noyabr - Prezident H. Əliyevin xalqa müraciəti
1994, 20 sentyabr - "Əsrin müqaviləsi"nin imzalanması
1994, oktyabr - Dövlət çevrilişinə cəhd
1995, mart - Dövlət çevrilişinə cəhd
1995, 12 noyabr - Azərbaycan Respublikası Konstitusiyasının Ümumxalq referendumu yolu ilə qəbul edilməsi və ilk demokratik parlament seçkilərinin keçirilməsi
1996, dekabr - ATƏT-in Lissabon zirvə toplantısı
1998, sentyabr - Tarixi İpək yolunun bərpası üzrə Beynəlxalq Bakı Konfransı
1998, 11 oktyabr - H. Əliyevin ikinci dəfə Respublika Prezidenti seçilməsi
1998, 1 dekabr - Azərbaycan Respublikası Prezidenti H. Əliyevin sərəncamı ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası yaradılmışdır.
1999, noyabr - ATƏT-in İstanbul sammiti
1999, 12 dekabr - Azərbaycanda ilk bələdiyyə seçkiləri
2000, 7 sentyabr - H. Əliyevin minilliyin sammitində çıxışı
2000, 5 noyabr - Respublikada Milli Məclisə növbəti seçkilər
2000, 9 noyabr - Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edildi
2001, mart - "Azərbaycan Atatürk Mərkəzinin yaradılması
2001, 26-27 aprel - İstanbulda türkdilli ölkə başçılarının VII zirvə toplantısı
2001, 9-10 noyabr - Bakıda Dünya Azərbaycanlılarının I qurultayı
2002, 28 yanvar - ABŞ prezidentinin Azərbaycana dövlət səviyyəsində hər cür, o cümlədən humanitar yardım göstərilməsinə şərti məhdudiyyətlər qoyan 907-ci əlavəni müvəqqəti olaraq dayandırması
2002, 2 may - Bakı İdman-Konsert Kompleksində sərbəst güləş üzrə 45-ci Avropa çempionatının açılışı
2002, 22-23 may - Vatikan dövlətinin başçısı, Roma papası II İohanın Azərbaycan Respublikasına səfəri
2002, 9 iyun - Sankt-Peterburqda Nizami Gəncəvinin heykəlinin açılışı
2002, 7 avqust - Azərbaycan MEA Naxçıvan şöbəsinin yaradılması
2002, 18 sentyabr - Səngəçalda Bakı-Ceyhan əsas ixrac neft-boru kəmərinin təməlinin qoyulması
2002, 30 sentyabr - "Azərbaycan Respublikasında Dövlət dili haqqında qanunun qəbul edilməsi
2002, 18 noyabr - Azərbaycan Respublikasının NATO-nun Parlament Assambleyasına assosiativ üzvlüyə qəbul edilməsi
2003, 27 yanvar - İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədr müavini və büro üzvü seçilməsi
2003, 2 avqust - İlham Əliyevin Azərbaycan Respublikasının Baş Naziri seçilməsi
2003, 15 oktyabr - Azərbaycan Respublikası Prezidentliyinə alternativ əsasda keçirilən seçkilərdə İlham Əliyevin qələbəsi
2003, 24 noyabr - Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında fərmanı
2003, 12 dekabr - Azərbaycan Respublikasının sabiq prezidenti, Ümummilli lider Heydər Əliyevin ABŞ-ın Klivlend klinikasında vəfatı
2004, 11 fevral - Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında fərmanı
2004, oktyabr - Prezident İlham Əliyevin II Ümumrusiya azərbaycanlılarının II Konqresində iştirakı
2004, noyabr - Təbrizdə Azərbaycan konsulluğunun açılması
2004, dekabr - Azərbaycanda bələdiyyə seçkiləri
2005, 24-26 yanvar - Prezident İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri
2005, 6 noyabr-Azərbaycan Respublikasının Milli Məclisinə 3 çağırış seçkilər
2005, 10 mart- Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı.
2005, 26 mart - YAP-ın III Qurultayında Azərbaycan Respublikasının Prezidenti, YAP Sədrinin birinci müavini İlham Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçilmişdir
2005, 25 may- Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan hissəsi işə salınıb.
2005, 25 avqust - Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin cərəncamı ilə Azərbaycan Turizm İnstitutu yaradılmışdır.
2005, 16 dekabr Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin cərəncamı ilə Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.
2005, 16 dekabr - Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin cərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında Мüdаfiə Sənаyеsi Nаzirliyi yaradılmışdır.
2005, 20 dekabr - Azərbaycan Respublikası Prezidenti İ. Əliyevin fərmanı ilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına Heydər Əliyevin adı verilmişdir
2006, 30 yanvar - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə həmin vaxta qədər fəaliyyət göstərən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır.
2006, 30 yanvar - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.
2006, 31 mart - Sumqayıt şəhərində «Azərbaycan Cekli İcması» İctimai Birliyi (ACİİB) təsis edilmişdir.
2006, 22 may - Cənubi Azərbaycanın böyük şəhərlərində türk millətinə sataşan məqalənin yazılmasına qarşı etiraz aksiyası
2007, 1 fevral - Cənubi Azərbaycan BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı - UNPO-nun üzvlüyünə qəbul olunub.
2007, 8-9 mart –Bakıda Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilmiş və Bakı bəyannaməsi qəbul edilmişdir.
2007, 12 iyun- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası yaradılmışdır
2008, yanvar - Azərbaycanda sahibkarlıq subyektlərinin üçün “vahid pəncərə” mexanizmi tətbiq olunmağa başlamışdır.
2008, 7 aprel -Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalamışdır.
2008, may – Azərbaycan ilk dəfə Avroviziya Mahnı Müsabiqəsına qatılmışdır.
2008, 2 iyun - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılmışdır.
2008, 15 oktyabr- Azərbaycan Respublikası prezidenti seçkiləri keçirilmiş və prezident İlham Əliyev yenidən qalib gələrək ikinci müddətə prezident səlahiyyətlərinin icrasına başlamışdır.
2009, 18 mart - “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendumu keçirilmişdir.
2009, 30 aprel- Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi
2009, 23 dekabr-- Azərbaycanda bələdiyyə seçkiləri
2009, 20 dekabr-Azadlıq prospekti metrostansiyası istifadəyə verilmişdir.
2010, 15 yanvar-saat 5.10 dəqiqədə Azərbaycanın 9 milyonuncu sakini dünyaya gəlib
2010, 20 yanvar- Bakıda 20 Yanvar abidə-kompleksinin açılışı olmuşdur.
2010, 7 noyabr- Azərbaycan Respublikasının Milli Məclisinə 4-cü çağırış seçkilər
2010, 14 iyul- Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə bağlı fərman imzalamışdır.
2011, 14 fevral - saat 21:00-da Azərbaycanın yeni televiziya kanalı olan "Mədəniyyət" kanalı işə başlamışdır.
2011, 21 yanvar- Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi haqqında Sərəncam imzalamışdır.
2011, 27 yanvar-Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın geniş iclası keçirilmiş və Azərbaycanda antikorrupsiya kampaniyasına başlanılmışdır.
2011, 14 may- 56-cı Avroviziya Mahnı Müsabiqəsində müsabiqədə dördüncü dəfə iştirak edən Azərbaycan Respublikası Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi “Running Scared” mahnısı ilə birinci yeri tutmuşdur.
2011, 5-6 iyul- Bakıda "Dünya Azərbaycanlılarının III Qurultayı keçirilmişdir.
2011, 20 iyul- Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq olunması haqqında sərəncam imzalamışdır.
2011, 8 sentyabr - Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalamışdır.
2011, 23-24 sentyabr - Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş Beynəlxalq bayram tədbirləri keçirilmişdir.
2011, 25 sentyabr - Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində boks üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilmişdir.
2011, 3 oktyabr - Bakının mərkəzində yerləşən “Hilton Bakı” otel kompleksinin açılış mərasimi olmuşdur.
2011, 12 oktyabr - Azərbaycan-Avstriya biznes forumu keçirilmişdir.
2011, 25 oktyabr - Azərbaycan tarixində ilk dəfə 155 ölkənin səsini qazanaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir.
2011, 11 noyabr - Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir
2011,17 noyabr - Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimi təşkil olunmuşdur
2011, 24 dekabr - Yeni salınacaq “Bakı Ağ şəhər”in təməl daşının qoyulması mərasimi olmuşdur.
2011, 28 dekabr - Bakının Bilgəh qəsəbəsində beşulduzlu “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışı olmuşdur
2011, 29 dekabr - Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə əlaqədar olaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olmuşdur
2011, 30 dekabr – Bakı Metropoliteninin “Koroğlu” (keçmiş “Məşədi Əzizbəyov”) stansiyasının yenidənqurmadan sonra açılışı olmuşdur.
2012, 1 yanvar - BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunan Azərbaycan səlahiyyətlərinin icrasına başlamışdır.
2012, 02-04 aprel - Avronest Parlament Assambleyasının sessiyası Bakıda təşkil olunmuşdur
2012, 3 may – ay ərzində BMT-yə sədrliyin Azərbaycana keçməsi
2012, 7 may – 25000 nəfərlik tamaşaçı yeri olan “Baku Crystal Hall”un açılışı olmuşdur.
2012, 9-13 may – Azərbaycanda ilk beynəlxalq velosiped turu keçirilmişdir.
2012, 10 may - Heydər Əliyev mərkəzinin açılışı
2012, 26 may – Bakı şəhərində “Avroviziya” müsabiqəsinin finalı keçirilmişdir.
2012, 30 may - Naxçıvan Muxtar Respublikasında investisiya qoyuluşuna görə ən böyük layihələrdən biri sayılan Naxçıvan sement zavodu istifadəyə verilmişdir.
2012, 06 iyun - Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton Azərbaycana rəsmi səfər etmişdir