Sizə məsləhətim

Son güncelleme:
  • aforizmlər - lətifələr - gözəl sözlər1. -Sən olmayanda arxanca danışırlar.
    -Mən olmayanda istəyirlər lap məni döysünlər.

    2. Əgər bir insanı tanımaq istəyirsənsə başqalarının onun haqda nə danışdığına fikir vermə. Onun başqaları haqda nə dediyinə diqqət yetir.

    3. Bu millətdə anlamadığım bir şey var. Dirilər ilə Rus dilində, Ölülər ilə Ərəb dilində danışırlar.

    4. Bəli Sevgi var! Kiçik ikən bir nağılda eşitmişdim. Biri var idi biri yox!

    5. Ən incidəni bilirsənmi nədir?
    Sənin arzularının başqasında həyata keçməsi.

    6. Arxamca danışmağa davam edin.Çünki qarşıma çıxacaq qədər cəsarətli deyilsiniz

    7. Pulunla şərəf qazanma,şərəfinlə pul qazan ki…bir gün pulun tükənəndə şərəfin də tükənməsin.

    8. Xoşbəxt olmağını istəyirəm.
    Amma bir başqasının səni isitdiyini düşünmək hər zaman içimi üşüdəcək-bunu bil!

    9. Yanindan keçən minlərlə insan üçün sıradan birisən...

    Amma həm də həyatımdakı insanları sıradan biri edən tək insansan.

    10. 4 nəfərlik bir ailədə yalnız 3 nəfərlik yemək varsa…
    Mən ac deyiləm deyən tək insan Anan olacaq.

    11. Düz edirsiniz. Mən də 1941-1945-də müharibədə sizə öz yerimi vermədim.

    12. Kasıbın uşağının içə bilmədiyi südü varlının iti içirsə mənə ədalətdən danışma!

    13. Görsən ki həyatın dadını çıxara bilmirsən onun dadını qaçıranı həyatından çıxar.

    14. Ən pis kişi sevgilisiylə yaşadıqlarını dilə gətirəndir.
    Ən pis qadın sevgilisiylə dilə gətirilməyəcəkləri yaşayandır.

    15. Səninlə mənim aramdakı fərq bilirsənmi nədir?Sən əlini sallayanda əllisini ,mən isə ürəklisini istədim.

    16. Səninlə göz rəngim və cinsiyətimiz fərqli ola bilər, amma inan ki, göz yaşlarımız eynidir

    17. Sabah heç vaxt olmayacaq -Yuxudan oyanırsan,gözünü açırsan-bax yenə bu gündür!

    18. İtirməyi öyrən, yoxsa qazandıqlarını çox ciddi qəbul edərsən...

    19. Əğər iki insan hər məsələdə anlaşırlarsa əmin ola bilərsiniz ki, düşünən onlardan yalnız biridir...

    20. Düşmən sözünün mənasını dost sifəti gəzdirənlərdən öyrəndim

    21. Qəlb sifət deyil.Plastik əməliyyatla gözəlləşməz!

    22. Əgər qış baharı ürəyimdə saxlayıram desəydi ona kim inanardi? İndi mən sənə necə inanım

    23. Birini çox sevirəmsə o mənə min dəfə də yalan desə, yenə hər kəsdən çox ona inanmaq istəyirəm.

    24. Xoşbəxtlik bizdə olmayanda başqalarına verə biləcəyimiz şeydir

    25. İnsanı ən çox nə üzür bilirsənmi? Ummadıqları biri adam olarkən,adam sandıqlarının insanlıqda payının belə olmaması.

    alıntı
0 0 0