maraqlı və məsləhətli - üzə gülən insanlar - ikiüzlü insanlarla qarşılaşmaqBəzi insanlar vardır sənə yaxşı görünərlər. Üzünə gülsən də yaxşı bir insan olduğunu heç olmasa bu məsafədən sənə bir zərəri olmayacağını səni tanımadığı üçün də sənin haqqında pis şeylər düşünə bilməyəcəyini zənn edərsən.
Hətta bu qədər şeyi zənn etməzsən belə, çünki düşünməzsən. Yalnız sənə güləndə gülərsən, sənə salam verəndə cavab verərsən, o qədər. Amma əslində sənin haqqında sandığın qədər də boş olmadığını lazımsız sözlər eşidərsən və ya haradansa öyrənərsən.
Onda başlarsan başın içində düşünməyə, sorğulamağa. Gülərsən lağ edirmiş kimi" "Necə insanlar var"-deyə.
Səni daha tanımır, oturub danışmamısınız heç vaxt, amma arxandan nələr söyləyə biləcək potensiala sahib olduğunu bilmərsiniz.
Onlar nə qədər yazıqdırlar ki, arxandan söylədiklərini qarşına keçib söyləyə bilməzlər.
Səni görəndə gülməsələr, salam verməsələr və soyuq davransalar, üzünə gülüb arxandan danışmaqdan daha qürurlu bir şey etmiş olarlar. Amma həyatın hər mərhələsində çıxar belələri. Bəlkə özün dəyərini anlamağın üçün bəlkə gərəksiz insanları tanımağın bəzən lazımlı olduğunu anlamağın üçün.
Amma onlar heç bunu bilmirlər. Aldatdığını sandığı insanların əslində o qədər axmaq olmadıqlarını. Tək axmağın özləri olduğunu.
Bəzən sizin də kimdən xoşunuz gəlməz, onda siz necə davranırsınız? Bunu ona deyirsiniz, özünüzdən uzaqlaşdırırsınız, yoxsa bildirmirsiniz?
Bəs kiminsə sizə qarşı ikiüzlü olduğunu necə hiss edirsiniz?
İkiüzlü insanlarda sizcə bu xasiyyətdir, yoxsa yalnız bir neçə insana qarşı duyulan neqativ hissdir?