Peyğəmbərimizin üzünün gözəlliyi

Son güncelleme:
  • peyğəmbərimizin mübarək üzü - peyğəmbərimizin müstəsna gözəlliyi - peyğəmbərimizin xüsusiyyətiBu mövzuda, ibni Asakir Cabirdən belə rəvayət edər: "Peyğəmbərimiz (s.ə.v) buyurdu ki: Cəbrayıl mənə gəlib Rəbbimin salamını və belə buyurduğunu təbliğ etdi:

    "Həbibim Mən, Yusifin gözəlliyini kürsinin nurundan verdim. Sənin gözəlliyini isə, ərşimin nurundan verdim!"

    (Bunu belə rəvayət edən İbn Asakir, eyni zamanda bu rəvayətin vəziyyəti haqqında məlumat vermiş və eynilə belə demişdir: "Bu rəvayətin sənədində mechui bir ravi vardır və bu hədis, doğrudur.")

    ibn Asakir Aişədən, onun belə dediyini rəvayət edir: "Mən, səhər vaxtında tikiş tikirdim. İynəmi saldım, axtardımsa da tapa bilmədim. Bu sırada Rəsulullah içəri girdilər. ONun üzünün nuru ilə, iynəmi tapdım. Mən, bunu özünə də söylədim. Bunun üzərinə buyurdu ki: "Ya Aişə, təəssüflər olsun, yenə təəssüflər olsun, yenə təəssüflər olsun o adama ki, mənim üzümə baxmaqdan məhrum olmuşdur!"

    Qeyd: İbni Asakir, bundan əvvəlki rəvayətinin doğru olduğunu bildirdiyi halda, bu rəvayəti haqqında sükut etmişdir.

    Halbuki bu rəvayət, bundan əvvəlkindən daha doğrudur... Bir İbn Ubeyy ki, Peyğəmbərimizin üzünə dəfələrlə baxmış, arxasında günlərlə namaz qılmış, lakin ONA və ONun gətirdiyi dinə inanmaqda səmimi olmadığı üçün, özünə təəssüflər olmuşdur.

    Heç peyğəmbərinin üzünü görmədiyi halda, ONA və ONun dininə olan inancında səmimi olduqları Üçün, nə qədər milyon insan isə, məsud və bəxtiyar olmuşlar.

    alıntı
0 0 0