Geylərin xüsusiyyətləri haqda

Son güncelleme: 09.12.2013 16:45
  • Gey tarixən, yəni qədimdən insanlar mövcud olduqdan sonra ümumi desək hisslərini, həyatını, davranışlarını, mənimsədikdən sonra yaranan bir həyat növüdür. Müqəddəs Qur'ani-Kərim-də də bu haqda ayə vardır. Ayədə Lut qövmünün camaatı haqqında danışılır.
    Hz. Lutun qövmü homoseksuallığın yayıldığı azğın qövm idi. Hz. Lut Allah`ın dinini təbliğ etdikdə onu inkar edərək azğınlıqlarına davam etdilər. Nəticədə, Allah Lut qövmünü qorxunc fəlakətlə həlak etdi.

    " Günəş doğanda qorxunc səs onları yaxaladı. Oranın altını üstünə çevirdik və onların üzərinə odda bişmiş gil daşlar yağdırdıq. Şübhəsiz ki, bunda başa düşənlər üçün dəlillər vardır. Həqiqətən, o, yolun üstündə hələ də durmaqdadır!" (Hicr surəsi, 73-76)
    "Əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bişmiş (bir-birinə bitişik) bərk daşlar yağdırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmuşdur. Onlar zalımlardan uzaq deyildir ". (Hud surəsi, 82-83)

    Geylərin xüsusiyyətləri haqda əvvəlki xəbərimdə bəhs etmişdim...
    İndi isə daha açıq şəkildə izahat verək.

    Geylərin həyat yolu:

    Həyatın qanunu belədir. İki insan ailə qurduqdan sonra uşaq sahibi olmaq istəyir.
    Təbii ki, uşağın qız, oğlan və ya eynicinsli olduğunu heç kim bilə bilməz.
    Doğulan uşaq elə körpə yaşlarından, təxminən 3 yaşından etibarən öz xüsusiyyətlərini bəlli edir. Bütün oğlan uşaqları maşın, silah, futbol oynunun marağında olarkən eynicinsli uşaqlar kukla, makyaj dəsti, evcik-evcik oynamaq istiyirlər.
    Bu uşaq yaşından valideynin nəzərinə elə də çarpmasa da uzaqdan baxan hər kəs üçün bu fərqli görsənir. Ana və ata uşaqdır deyə hər istədiyi oyuncağı almaq məcburiyyətində qala bilər. Lakin düşünülməlidir ki, bu gələcəkdə baş verəcək mühüm bir olayın xəbərçisidir. Ağlamaq və istədiyini əldə etmək hər uşağın xasiyyətidir.
    Elə bunun üçün də eynicinsli uşaqlar evə gələn yetkin qız uşaqlarının çantasını qarışdırmağı, evdə olan bacı və ya anasının istifadə etdiyi makiyaj dəstinə əl uzatmağı sevərlər. Çarəsiz qalan qarşı tərəf isə bunu verməkdən çəkinməz.
    Belə-belə adi oğlan uşağı kimi görsənən eynicinsli uşaqlar həmin əşyalara daha da maraq göstərib ona öyrəşirlər. Artıq uşaq məktəb yaşına çatdığı zaman anasından ayrılmaq istəmir. (bu bütün uşaqlara xas xüsusiyyət olsa da, eynicinsli uşaqlarda bu daha artıqdı). Məcbur qalan uşaq istər-istəməz marağı məktəbdə olan qız uşaqlarından alır. Bütün oğlan uşaqları tənəffüsdə, bufetdə, evə gedərkən, oğlan yoldaşları ilə vaxt keçirməyi tərcih edər lakin, eynicinsli uşaqlarda bu əksinədi.
    Onlar qız uşaqları iə gəzməyi sevərlər, onların işinə qarışarlar, sakit təbiətli, tərbiyəli, müəllimə tərəfindən təqdirəlayiq şagird kimi qələmə verilərlər.
    Məktəb vaxtı olan dava-dalaş və söhbətlərdə heç bir şəkildə iştirak etməzlər.
    Və söhbətin yaranması ehtimalını göz önünə alaraq dedikləri sözləri yaxşı düşünüb sonra tələffüs edərlər. Eynicinsli uşaqlarda özünü göstərən bir xüsusiyət daha xəttlərinin qəşəng olmasıdı. Bu kimi amillər çoxalaraq digər yoldaşları tərəfindən həmin uşağın dışlanmasına gətirib çıxarır. Orta məktəb bitdikdən sonra institut, kollec və ya litseylərdən birinə daxil olan eynicinsli uşaqlar yavaş-yavaş hər şeyin fərqinə vararlar. Artıq onlarda hamı kimi yeniyetmə dövrü başa çatar.
    Və onlar 2 böyük yol arasında qalıb seçim etmək məcburiyyətindədirlər.
    Ya adi oğlan kimi həyatlarına davam edib ailə quracaqlar ya da hər şeyi, bütün keçmişi, ailəni, tanışları silib əxlaqsızlıq yoluna ilk addımlarını atacaqlar.
    Burada uşağın kiçik yaşda dinə qarşı olan marağı daha böyük məna kəsb edir.
    İman cəhətdən möhkəm, dinəbağlı, iradəli və Allahın qoyduğu qanun-qaydaları nəzərə alan kəs o yola baş vurmaz. Lakin hər şey əla ikən "gələcək" - deyə bir problem ortaya çıxır. Bildiyiniz kimi eynicinsli insanlarda qadın hormonları daha yüksəkdir.
    Bu da evlənən zaman uşağın olması ehtimalını 0.01 % - ə gətirib çıxarır.
    Bundan başqa eynicinsli insanlar ailədə yaranacaq söz-söhbətdən qorxaraq evlənməkdən çəkinərlər. Belə olan halda bu kəslər nə etməlidir???
    Bu çox böyük dünyəvi məsələdi. Həll yolu bilinməyən bu yolda hər kəs bir cürə yürüyür.


    " GEY "


    Dünya üzrə eynicinsli insanların tərcih etdiyi ən optimal çıxış yolu "Transseksuallıq" - ı qəbul etməkdi. Uzaqdan hər şey çətin görsənsə də, bu fikri ağlına qoymuş və dəyişməyi çox istəyən biri üçün bu asandı.
    İlk növbədə ailənin üstündən xətt çəkilməlidi. Heç kim tanımadığı uzaq bir yerdə məskunlaşılmalıdı. Dəyişimə maddi cəhətdən yardım göstərə biləcək birini tapmaq elə də böyük problem deyil. Xarici ölkələrdə cinsiyyət dəyişmə əməliyyatları artıq adi haldı.
    Və buna pis baxılmır. Dinin unudulduğu yerlərdə muasir insan düşüncəsinin təfəkkür tapdığı fikirlər geniş hal almaqdadı. Bunun nəticəsidir ki, artıq eynicinsliliyi və eynicinslilərin ailə qurmasına rəy verən ölkələr buna pis baxanlara qarşı tədbir görürlər. İstər Google.com, istərsə də Youtube.com - da eynicinslilərin fikirlərini əks etdirən məlumatlar çoxdu. Onların istəyi yalnız azadlıq və azad yaşamaqdı.
    Allah insanı ən böyük bir sınaqla, "ŞƏHVƏT HİSSİ" - ilə sınağa çəkmişdir.
    Bu hissin nəticəsidir ki, yer üzündə eynicinslilərin sayı durmadan artır.
    Hollandiya kimi inkişaf etmiş dövlətdə eynicinslilərin evlənməsinə icazə verilir,
    İran kimi dinin ən möhkəm olduğu yerdə isə eynicinslilərin adi bir istəyinə, söylədiyi hər hansı bir fikrə görə şallaq və ya edam cəzası gözləyir. Hər iki dövlətin qoyduğu qanun ağlasığmazdı. Onu nəzərinizə çatdırım ki, eynicinslilik bir xəstəlik növü deyil, və ya bir psixoloji pozğunluq da deyil. Bu sadəcə anadangəlmə insana verilən bir imtahan növüdü. Müəyyən alimlər bunu xəstəlik adlandırsa da, eynicinslilər bunu təkzib edir. Bundan qurtulmağın çıxış yolunu hələ tapa bilməyən insanlar aciz vəziyyətdədirlər. Müəyyən müddət bu işlə məşğul olub sonradan marağı ölən kəslər peşmançılıq hissi keçirir və əsla o yola getməməyi məsləhət görür. İnsana verilən ağıl və duyğular arasında həmişə mübarizə gedir. Hisslər ağlın önünə keçsə də, onlar yalnız müəyyən müddət öz funksiyasını yerinə yetirə bilirlər. İnsan ömrü boyu xöşbəxtlik axtarışındadı. Elə buna görə də eynicinsli insanlar nə ailə, nə qocalıq, nə Allah qorxusu, nə də gələcək barədə düşünmürlər. İstədikləri yalnız xöşbəxt olmaqdı. Cəmiyyət tərəfindən belə insanlara həmişə birtərəfli baxılmayıb. Bu hissi özündə yaşaya bilməyən insanlar belələrini həmişə təkzib edirlər. Bu bəyənilən haldır. Ancaq bu hədd çox zaman aşılır. Xasiyyətindən dolayı iş tapa bilməyən və əxlaqsızlığa məcbur qalıb gedən eynicinsli insanlar çoxluq təşkil edir. Pul sıxıntısı və gələcək onların gözündə canlandığı üçün əxlaqsızlıq yolu ən gözəl varinat sayılır. Həm pul əldə etmək həm də hisslərini öldürüb xöşbəxt olmaq belə insanlara sərf edir. Eynicinslilərin evlənməsinə icazə verən ölkələrdə belə hallar azlıq təşkil edir. Dövlət tərəfindən buna icazə verilməsi, əxlaqsızlıq halını aşağı səviyyəyə salır. Könlü oxşayan biri ilə ailə quran şəxs ömrü boyu xöşbəxt yaşayıb ömrünü başa vurur. Hər ölkədə olduğu kimi Azərbaycanda da bu kimi etnik qruplar azlıq təşkil etmir. İstər Facebook vasitəsilə geniş kütlə sayı toplamaq, istərsədə də TV vasitəsilə belə insanlar öz haqqlarını tələb edirlər. Dünyanın sonunun yaxınlaşma əlamətlərindən biri sayılan eynicinslilər hər zaman olub və olacaqdır.
    Taa qədim zamandan başlayan bu əxlaqsız kütlə indiki dövrə qədər gəlib çatmışdır.
    Bu məsələ ilə bağlı kəslər psixoloji yardım alsalar da, bu onlara kömək etmir. Və bəzən sonuc ölümlə də nəticələnə bilir.

    Yazının müəllifi: Tural Məhərrəmov
#09.12.2013 16:45 0 0 0