Qurani-Kərimin əş-Şüara surəsi-2

Son güncelleme: 11.12.2013 21:12
  • noimage
    81. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur.
    82. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!. Ey Rəbbim! Mənə hikmət (peyğəmbərlik, elm) bəxş et və məni (Sənin rizanı qazanmış) salehlərlə (yaxşılar zümrəsinə) qovuşdur.
    83. Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yad etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər!
    84. Məni Nəim cənnətlərinin varislərindən et!
    85. Atamı bağışla! Şübhəsiz ki, o, (haqq yolu) azanlardan oldu!
    86. (İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə!
    87. O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər!
    88. Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!
    89. (O gün) Cənnət Allahdan qorxub pis əməllərdən çəkinənlərə yaxınlaşdırılar.
    90. Cəhənnəm də azğınlara göstərilər.
    91. Və onlara belə deyərlər: İbadət etdikləriniz (bütlər) haradadır?
    92. Allahdan başqa (ibadət etdikləriniz?). Onlar sizə kömək edə bilərlərmi? Yaxud özlərinə bir köməkləri çatarmı?
    93. Onlar (müşriklər) və azğınlar (üzüqoylu üst-üstə) oraya (Cəhənnəmə) atılarlar!
    94. İblisin bütün əsgərləri də (ora sürüklənib salınarlar).
    95. Onlar orada (öz bütləri və rəisləri ilə) çənə-boğaz olub deyərlər:
    96. Allaha and olsun ki, biz (haqq yoldan) açıq-aydın azmışdıq!
    97. Çünki biz sizi (siz bütləri) aləmlərin Rəbbi ilə bərabər tuturduq.
    98. Bizi yalnız günahkarlar azdırdı.
    99. İndi artıq nə şəfaət edən kimsələrimiz,
    100. Nə də bir mehriban dostumuz var!
    101. Kaş bir də (dünyaya) dönə biləydik; möminlərdən olardıq!
    102. Həqiqətən, bunda (İbrahimin bu hekayətində) bir ibrət vardır. Halbuki onların (İbrahim qövmünün, yaxud bu əhvalata qulaq asanların) əksəriyyəti iman gətirmədi.
    103. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)Nuh tayfası peyğəmbərləri təkzib etdi
    104. (Onlar Nuhu yalançı saydılar. Bir peyğəmbəri təkzib etmək bütün peyğəmbəəri təkzib etmək deməkdir).
    105. aman ki, qardaşları Nuh onlara dedi: Məgər (küfr etməyinizə görə) qorxmursunuz?
    106. Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
    107. Artıq Allahdan qorxun və mənə itaət edin!
    108. Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
    109. Artıq Allahdan qorxun və mənə itaət edin!
    110. Onlar: Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik? dedilər.
    111. (Nuh) dedi: Mən onların nə etdiklərini (daxilən nə cür olduqlarını) bilmirəm!
    112. Əgər başa düşürsünüzsə, (bilin ki) onların haqq-hesabı (imanlarının zahiri, yaxud daxili olduğu, ürəkdən iman gətirib-gətirmədikləri) yalnız Rəbbimə aiddir! (Mən ancaq zahirə baxıram!
    113. Və mən iman gətirənləri qovan da deyiləm!
    114. Mən yalnız (günahkarları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
    115. Onlar dedilər: Ey Nuh! Əgər (dediyin sözlərdən və bütlərimizi təhqir etməkdən) əl çəkməsən, mütləq daşqalaq ediləcəksən!
    116. (Nuh) dedi: Ey Rəbbim! Həqiqətən, qövmüm məni təkzib etdi.
    117. Artıq mənimlə onlar arasında Sən hökm ver, məni və mənimlə birlikdə olan möminləri (bu əzabdan) qurtar!
    118. Buna görə də Biz onu (Nuhu) və onunla birlikdə yüklü gəmidə olanları xilas etdik.
    119. Sonra yerdə qalanları suda boğduq!
    120. Şübhəsiz ki, bunda (Nuhun bu hekayətində) bir ibrət vardır. Halbuki onların (Nuh tayfasının, yaxud bu hekayətə qulaq asanların) əksəriyyəti iman gətirmədi.
    121. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət sahibi, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
    122. Ad tayfası da peyğəmbərləri təkzib etdi.
    123. O zaman ki, qardaşları Hud onlara dedi: Məgər (küfr etməyinizə, peyğəmbərləri yalançı saymağınıza görə Allahın əzabından) qorxmursunuz?
    124. Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm!
    125. Allahdan qorxun və mənə itaət edin!
    126. Mən bunun (dini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
    127. Doğrudanmı siz hər təpədə bir köşk (əlamət) qurub (gəlib-gedənləri məsxərəyə qoyaraq) əylənirsiniz?
    128. Sanki (dünyada) əbədi qalacaqsınız deyə (yeraltı) su hövzələri (qalalar, yaxud qəsrlər) tikirsiniz!
    129. Və (birini) yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! (Onun vəhşicəsinə döyüb öldürürsünüz!)
    120. Artıq Allahdan qorxun və mənə itaət edin!
    121. Qorxun o kəsdən ki, anlayıb bildiyiniz şeyləri (nemətləri) sizə əta etdi!
    122. Sizə heyvanat, oğul-uşaq,
    123. Bağlar və çeşmələr verdi!
    124. Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!
    125. Onlar dedilər: Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün eynidir (dinimizdən dönən deyilik).
    126. Bu (bizdən) əvvəlkilərin adətindən (gördükləri işlərdən) başqa bir şey deyildir! (Yaxud bizə dediyin bu sözlər qədimlərin uydurmalarından başqa bir şey deyildir!)
    127. Və biz əzaba da düçar olmayacağıq!
    128. Onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda (Hudun bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
    129. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
    130. Səmud tayfası da peyğəmbərləri təkzib etdi.
    131. O vaxt ki, qardaşları Saleh onlara dedi: Məgər (küfr etdiyinizə, peyğəmbərləri yalançı hesab etdiyinizə görə Allahın əzabından) qorxmursunuz?
    132. Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm! (Vədimə xilaf çıxmaz, əmanətə xəyanət etmərəm!)
    133. Artıq Allahdan qorxun və mənə itaət edin!
    134. Mən bunun (Allahın hökmlərini, risaləti təbliğ etməyin) müqabilində sizdən heç bir muzd (əvəz) istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!
    135. Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız?
    136. Bağlar və çeşmələr içində,
    137. Əkinlər və lətif çiçəkli (gözəl meyvəli) xurmalıqlar içində (xatircəmlikdə ömür sürəcəksiniz)?
    138. Dağlardan (sanki dünyada əbədi yaşayacaqsınız deyə, özünüzə) məharətlə (və ya təkəbbürlə) evlər yonub düzəldəcəksiniz?
    139. Artıq Allahdan qorxun və mənə itaət edin!
    140. (Günah etməklə) həddi aşanların əmrinə tabe olmayın (onlara boyun əyməyin)!
    141. O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və (pis işlərdən, günah əməllərdən əl çəkib özlərini) islah etməzlər!
    142. Onlar dedilər: Həqiqətən, sən (əməlli başlı) ovsunlanmışlardansan! (Divanənin birisən! Sən hardan peyğəmbər oldun?)
    143. Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa (həqiqi peyğəmbərsənsə), bizə (Allahdan) bir möcüzə gətir!
    144. (Saleh) dedi: Bu, (Allahın möcüzəsi olan) dişi (maya) bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir! (Bir gün çeşmədən o, su içsin, bir gün də siz için. Bir-birinizə mane olmayın!)
    145. Ona heç bir pislik etməyin, yoxsa böyük günün (qiyamət günün) əzabı sizi yaxalayar!
    146. Amma onlar (dəvəni) tutub kəsdilər, sonra da (əzab qorxusu ilə) peşman oldular.
    147. Artıq əzab onları yaxaladı (hamısı məhv oldu). Şübhəsiz ki, bunda (Salehin bu hekayətində) bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.
    148. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!)
    149. Lut tayfası da peyğəmbərləri təkzib etdi.

    https://www.main-board.com/islami-movzular/755443-qurani-kerimin-es-suara-suresi-1-a.html
#11.12.2013 21:12 0 0 0