Məhsəti Musa - Cehiz

Son güncelleme: 18.12.2013 10:34


  • Əri ölmüşdü. Müəllim işləyərək təkbaşına 4 uşağını dolandırırdı. Maaş alanda ilk getdiyi yer kitab mağazası olardı. Ayaqqabısı, paltarı köhnələndə: - "Ay qız, özünə fikir ver" deyənlərə gülər, əvəzinə kitab alardı. Evdə zəngin kitabxanası vardı. Hamısını oxumuşdu.



    Ana, qoy bunları da ataq. Bu rəfdəki kitablar isə yaraşıqlıdır, dəymirəm.



    O, dillənmirdi. Gözünü pəncərədən çölə, dilim-dilim qalxan alova dikmişdi. Hər kitab yandığında daha da üşüyürdü. "Ayaqqabı"sı, "paltar"ları, duyğuları, gəncliyi çırtaçırt yanırdı.



    Evinə gəlin gələcəkdi. Cehizi yığmağa yer lazım idi...
#18.12.2013 10:34 0 0 0