Bakıda hündürmərtəbəli binada yanğın baş verib

Son güncelleme:
  • Bakının Yeni Yasamal yaşayış massivində, Bünyadzadə küçəsində yerləşən hündürmərtəbəli binada yanğın hadisəsi baş verib. ANS PRESS-in xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsi faktı təsdiq edib.

    Şahidlərin verdiyi məlumata görə isə yanğın elektrik şitinin yanmasından sonra baş verib.

    Yanğın əsasən hündürmərtəbəli binanın 15 və 16-cı mərtəbələrini əhatə edib. Yanğın söndürülüb, hadisənin baş vermə səbəbləri araşdırılır.

    Yanğın zamanı xəsarət alan olmayıb.

    Trend-in məlumatına görə, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasında olan insanları təxliyyə ediblər.

    Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı ilkin məlumat yayıb.

    Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunublar, əlavə məlumat veriləcək.


    alıntı
0 0 0