Xudafiz deməyə gəlmir ki dilim

Son güncelleme:
  • Sənsiz dünyanı neynərəm
    Xatırla o xoşbəxt günləri.
    Susub gedirəm, heç nə demirəm,
    Xudafiz deməyə gəlmir ki, dilim.

    Unud gözəlim, unud ümidim,
    Son dəfə əlini gəzdirib.
    Xəyala toxun, qəlbimdə oxun,
    Xudafiz deməyə gəlmir ki, dilim.

    Bağlara bahar, quşlar qayıdar,
    Novruz nəfəsi ilə külək çırpınar.
    Ürəyim dağlar, səbrsiz ağlar,
    Xudafiz deməyə gəlmir ki, dilim.

    Alma canımı, rəhm et Rəşidə,
    Vəfalı ürəkdə nigarım.
    Ey mənim vətənim, gülüm gülzarım,
    Xudafiz deməyə gəlmir ki, dilim.

    Müəllif: Reshid Hesenov

    alıntı
0 0 0