Hindistanın ənənəvi içkiləri

Son güncelleme: 24.12.2013 12:44
  • Bu içkilərin yaşı əsrlərlə hesablanır

    Hindistan ekvator xəttində yerləşdiyindən burda yay fəsli adətən isti və rütubətli keçir. Bu cür istidə bədən rütubətini qoruyub saxlamaq üçün hindistanlıların hazırladıqları ənənəvi içkiləri var.Hindistanın əsrlərdən bəri hazırlanan həmin ənənəvi içkilərini təqdim edir.

    Jal Jeera

    Hind dilindən tərcümədə "Jal" – su, "Jeera" - zəfəran mənasını verir. Jal Jeera şimali Hindistanın ənənəvi içkisidir. Tərkibinə zəfəran, zəncəfil, istiot, nanə, bəzi meyvə və acı bibər tozu daxildir. Bu içki çox hallarda qəlyanaltı kimi istifadə edilir.

    Aam Panna

    Aam Panna Cənubi Hindistanın ənənəvi içkisidir. Hindistanlıların sevimli meyvəsi olan manqodan hazırlandığı üçün əhali arasında çox məşhurdur. Aam Panna kal manqo cecəyi, duz və ənənəvi ədviyyatlarla hazırlanır.

    Sandai

    "Sanda" sözündən yaranmış Sandai soyuq mənasını verir. Soyuq içki olan Sandai badam, şüyüd toxumu, qarpız dənəsi, qızılgül ləçəkləri, güvəotu toxumu, hil, zəfəran, süd və duzdan hazırlanır.

    Lassi

    Lassi Şimali Hinsdistanın ənənəvi içkisi hesab olunur. Bu içki qatıq, su və ədviyyatlarla hazırlanır. Lassi eyni zamanda aclıq hissini də azaldır.

    alıntı
#23.12.2013 23:11 0 0 0
  • Yahu haram olan bir şeyin tanıtımı da haramdır.Ne lüzumu vardı bunu paylaşmaya?...
#23.12.2013 23:20 0 0 0
  • Konuda alkollü içki mi deniyor ??
#24.12.2013 12:44 0 0 0