Qadan Allam

Son güncelleme: 28.12.2013 13:09
  • Sən kimin yanında olmaq istəsən,
    Şərait yaradaq, ol, qadan allam.
    Niyaz zamanıdır, axşam üstüdür,
    Bir azdan qaralar yol, qadan allam.

    Dostların nə üçün qeydinə qalmır,
    Yoxsa məclis səni eyninə almır?
    Demə Nərman səni yadına salmır,
    Düşübdür qəlbinə xal, qadan allam.

    Kirəc bağlayıbdır qəlbin bacası,
    Heç aşiq görmədim yardan qaçası.
    Həsrətdən çat verib şerin hecası
    Damır çatlarından bal, qadan allam.

    Düşüb qabağına gedərəm elçi,
    Kimdir o sevdiyin, haralı, nəçi?
    Aparım, evində olub kirəçi,
    Ömürlük onunla qal, qadan allam

    Neriman Nerimanli

    alıntı
#28.12.2013 13:09 0 0 0