Mənim heç sapandım olmadı ana,
ne quşları vurdum,
nə də kimsənin pəncərəsini sındırdım...
bilirəm sakit bir uşaq deyildim amma,
səni heç incitmədim, həmişə boynumu əydim.
Mən həyatım boyu bir dənə özümü vurdum, ANA!
Sakit görünsəm də,
dəcəl və bir yerdə dayanmırdım ama.
bir pol taxtası kimi
güzgünün önündə düm-düz durdum ana..
Sənin adına heç vaxt söz gətirmdim,
ləkə gətirmədim,
amma sinəmi qabağa verib
çox mübarizə apardım,
ürəyimi çox yordum ana
Mən həyatım boyu ən çox özümü yordum ana!
Sən niyə məni doğdun ana???
Mənim heç xəyalım olmadı ana
nə səni rahat qoydum,
nədə özüm rahat ola bilmədim ana
bir təbəssüm edən şəkil belə,
çəkdirməyə qoymadı həyat mənə
itirilmiş, itkin düşmüş insan kimiyəm,
sahipsizem, atılmışam.
nə çiynimdə bir dost əli
nə də başımda bir şevkət əli olmadı ana
Mən bir tək sənin qayğını istədim ana!
Sən niyə məni doğdun ana???
Necə gecələr ac yatdığım,
necə günlər yuyulmamış paltarlar geyindim
soyuq qış axşamlarında dondum
yağışda təmiz islandım ana..
amma kimsəyə qucaq açmadım ana..
Xəstələndim günlərlə yatdım,
dərdimi danışacaq biri olmadı ana
Mən həyatım boyu bir tək səni görmək istədim ana!
Həyat nədir ki ana,
bir oyun bir nağıl deyilmi...
bax qırıldı oyuncaqlarım,
bax bitdi şirin nağılım
ömrüm bitdi, sevgim bitdi
mən heç böyümədim ki ana...
Mən həyatım boyu sənin körpən olmaq istədim ana..
Mənim heç sevgilim olmadı ana,
nə bir ailə qurdum,
nə bir gün üzüm güldü,
öpə bilmədim bir övladı..
kimsəni sevə bilmədim ana
sənə olan sevgim azalmasın deyə
Mən həyatım boyu bir tək səni sevəcəyəm ana!
axx... mən ölüm ana...
Sənə layiqli övlad olmadım...
Sən niyə məni doğdun ana???