Sevən ürəyimin vüqarı yurdum

Son güncelleme: 03.01.2014 10:26
  • Eldən ayrı düşsəm, ağlaram zar-zar
    Nə gözəl mənzərə, bağçalı bağlar.
    Mən sənin oğlunam, ey ulu dağlar
    Könlümün arzusu, ilqarı yurdum
    Sevən ürəyimin vüqarı yurdum!

    Təbiət ilhama çağırır məni
    Sevməmək olarmı belə çəməni?
    Sevirəm, a dağlar, sevirəm səni
    Qəlbimin məhəbbət diyarı yurdum
    Sevən ürəyimin vüqarı yurdum!

    Duman sürünərək qalxır dərədən
    Qoşa dağ çayları axır bərədən.
    Ayrılmaq olarmı bu mənzərədən?
    Yenə də gətirdi baharı yurdum
    Sevən ürəyimin vüqarı yurdum!

    Bu gözəl diyara sevgili yaram
    Nə qədər sən varsan, demək mən varam.
    Sən mənim yarımsan, sənə dildaram
    Ey vurğun qəlbimin nigarı yurdum
    Sevən ürəyimin vüqarı yurdum.

    Yağı qılıncına qalxan olaram.
    Düşmənlər üstünə tufan olaram
    Ehtiyac olarsa candan olaram
    Mirsaleh Əfqanın məzarı yurdum
    Sevən ürəyimin vüqarı yurdum!

    Müəllif: mirsaleh efqan

    alıntı
#03.01.2014 10:26 0 0 0