Sən Ayrılıb Gedəcəksən

Son güncelleme:
  • Yenə günlər düzüləcək yan-yana,
    kədər-sevinc gətirəcək insana.
    İndi özün əzabımı duysana,
    sevgin adlı xoş yuxudan ayılıb,
    bulud kimi dolacağam,sevdiyim,
    bir gün sənsiz qalacağam,sevdiyim!

    Məhəbbətim özü olub,eh,yetim,
    ürəyimdə yurd yeridir həsrətim
    İndi-indi hər duyğumu titrədən,
    ilk baharım son bahara dönəndə,
    əbədilik solacağam,sevdiyim,
    bir gün sənsiz qalacağam,sevdiyim!

    Arzu şirin,ömür şirin,gün şirin,
    ürək dərdli,həsrət acı,sən şirin
    Yaxın gəlsən,üzə gülsən,qəm şirin;
    sən ayrılıb gedəcəksən yanımdan,
    boynubükük olacağam,sevdiyim,
    bir gün sənsiz qalacağam,sevdiyim!

    Yenə səni gizlin-gizlin süzümmü,
    ürəyimi bu həsrətlə üzümmü
    Sən ayrılıb gedəcəksən;dözümmü!
    Bu ayrılıq olacaqmı əbədi?
    Xəyallara dalacağam,sevdiyim,
    bir gün sənsiz qalacağam,sevdiyim!.
    sənsiz tənha qalacağam,sevdiyim!.
    07.05.85.Ağdaş

    alıntı
0 0 0