İncimişəm,daha mənə söz atma,
qəlbimdəki yatmış hissi oyatma
Sözümü də heç yadından çıxartma:
daha səndən söz soruşan deyiləm;
incimişəm,yox,barışan deyiləm!
Demərəm ki,səadətin az olsun,
demərəm ki,gülüşlərin azalsın
Qoy ömründə məhəbbətdən iz olsun;
daha bir də belə coşan deyiləm,
incimişəm,yox,barışan deyiləm!
Çağırıram,yenə yaxın gəlirsən,
istəyimi özün yaxşı bilirsən
"Gəl,"-deyirəm,elə şirin gülürsən,
daha bir də belə çaşan deyiləm,
incimişəm,yox,barışan deyiləm!
Meh əsdikcə rəqs eləyir tellərin,
həsrət çəkir məhəbbətə güllərin
Saçlarımı oxşamasa əllərin,
daha heç vaxt nəğmə qoşan deyiləm,
incimişəm,yox,barışan deyiləm!
Çox incidib hər qeylü-qal könlümü,
tut əlimdən,gəl özün al könlümü
Şirin-şirin xəyala sal könlümü,
yoxsa daha dağlar aşan deyiləm,
incimişəm,yox,barışan deyiləm!.
Dünyaminin gözü yolda qalıbdı,
yollarını çiskin-duman alıbdı
Ömrümün ilk baharı da solubdu;
sən demə ki,coşub-daşan deyiləm
Mən deməyim:"Yox,barışan deyiləm!"