Sahib Çıxaq Dinimizə

Son güncelleme:
  • Sahib çıx dinimizə, bu nemətin qədrini bil
    Uyma dünya malına, bu dünyada qalasıdır.
    Oxu, elm al, a bala, İslamın beş şərtini bil
    Onlar islama dayaq, tövhid isə binasıdır.

    Yay ötür, payız keçir, qış dolanır, gəlir bahar
    Tumurcuq, sonra çiçək, yavaş-yavaş yetişir bar.
    Nə verib Tanrı bizə, hər şeyin öz nizamı var
    Bu bir ibrətdi bizə, bu yaranış formasıdır.

    Virtual aləm ilə yazışmaq görüş növüdür
    Orda bir işarə var, o da bir öpüş növüdür.
    Qayda olmayan təkcə "qaydasız döyüş" növüdür
    Qurşağın altına vurmamaq onun qaydasıdır.

    Fanidi dünya malı, girmə onunçün yarışa
    Bəs edər məhv eləsin bircə ani partlayışa.
    Aqil insan odu ki, axirət üçün çalışa
    Bu dünya bir zəmidi, axirətin tarlasıdır.

    Hər kəs ki, böyükləri dinləyər, ibrət götürər
    Ədəb-ərkanlı olar, xeyir tapar, şər itirər.
    Əxlaqı gözəlləşər, bu da üzə nur gətirər
    Bu da bəllidir bizə göz ürəyin aynasıdır.

    Oxuduq biz Quranı, O hikmət öyrətdi bizə
    Hörmət, izzət, məhəbbət, ləyaqət öyrətdi bizə.
    Ədəb, ərkan, qanacaq, mərifət öyrətdi bizə
    Bu da bizlərdən ötrü dinimizin faydasıdır.

    Müəllif: mirsaleh efqan

    alıntı
0 0 0