Allahu Ekber

Son güncelleme: 14.01.2014 12:01
  • Batində kök tutub,fitrətdə artan,
    Sonsuz merifətdir Allahu Ekbər.
    Vicdanda ucalan,xislətdə artan,
    Əsil Həqiqətdir Allahu Ekbər.

    Səpilmiş vicdana mərifət nuru.
    Insana ən uca fəzilət nuru,
    Cahilə ən doğru hidayət nuru,
    Mominə rəhmətdir Allahu Ekbər.

    Dolaşıq fikirlər axtarişinda,
    Insan bəhs olunar davranişinda.
    Bir addim omurun hər qarişinda,
    Aşkardi,xelvetdir Allahu Ekbər.

    Yollar bağlansa da ümid tükənməz,
    Zahidlər tərifi görüb bəzənməz,
    Allaha həmd edən əhdində dönməz,
    Allahla beyyetdir Allahu Ekber.

    Müəllif: Ferid Turan

    alıntı
#14.01.2014 12:01 0 0 0