Bilmirəm niyə küsdün

Son güncelleme:
  • Bilmirəm,niyə küsdün?
    bulud gəldi üzünə.
    Qüssə yoll tapdı nədən,
    o işıqlı gözünə!

    Susdun,baxmadın mənə,
    gözünü dikdin yerə.
    Titrədi gül dodaqlar,
    bəs niyə birdən-birə!

    Hamı səni gözləyir,
    danışsana,nə oldu!
    Yaman tez inciyənsən,
    bir bax,gözün də doldu!

    Küsmək sənə yaraşmır,
    gülümsə, qaçsın qəmin.
    Ürəyinə pıçılda:
    Yaxındadır həmdəmin!

    Bir yeganə arzum var:
    Könlümü güldürəsən!
    Mənim sevən qəlbinə
    eşqini bildirəsən.

    alıntı
0 0 0