Mən idim

Son güncelleme:
  • Qara rəng etdilər çöhrə ağımı,
    Qırıb məhv etdilər pöhrə bağımı.
    Qaytar,qaytar geri körpə çağımı,
    O vaxtlar necə də şən idim,Allah.

    Gül-çiçək xəyanət qoxuyan zaman,
    Xar gizlin yalanlar toxuyan zaman,
    Ayrılıq hökmünü oxuyan zaman,
    Mən özüm deyildim,sən idim,Allah.

    Nurluydu gecələr xəyalatımda,
    Elə hey çapırdım xəyal atında.
    Uçurdum səmanın mavi qatında,
    Orada fələklə tən idim,Allah.

    Gah dar ağacından asdırdı məni,
    Gah gözün ağardıb susdurdu məni.
    Xainlər torpağa basdırdı məni,
    Elə bil bir ovuc dən idim,Allah.

    Ahımı,naləmi leysan eylədim,
    Gələcək günləri ehsan eylədim.
    Bir gün də qalxıban üsyan eylədim,
    Bax,onda özümdüm,mən idim Allah.


    alıntı
0 0 0