Doymamışam

Son güncelleme: 04.02.2014 00:34
  • Mana tərəf uşaq kimi
    Qaçmağından doymamışam,
    Anam mənim!
    O ismətli paltarından,
    Başmağından doymamışam,
    Anam mənim!

    Üşüsən, isin istimə,
    Saçın qarışsın tüstümə.
    Səhvim olanda , üstümə
    Coşmağından doymamışam,
    Anam mənim!

    Səsin həzin bir tütəkdi,
    Üz-gözümdə vaxt qəm əkdi.
    Yaşmaq yaşınmaq deməkdi,
    Yaşmağından doymamışam,
    Anam mənim!

    Qışdakı işin yayadı,
    Bu süzgəcdi, bu mayadı.
    Hər gələndə bir bayatı,
    Qoşmağından doymamışam,
    Anam mənim!

    alıntı
#04.02.2014 00:34 0 0 0
  • Doymamışam Konusuna Benzer Konular
  • Böyle bir şey olamaz.! Hiç alakalı konu bulamadık.