Kartof qutabı

Son güncelleme: 04.02.2014 17:39
  • Ərzaqlar

    1kq kartof
    2 soğan
    500qr un
    yağ
    sumaq
    duz

    Hazırlanması

    Ələnmiş una su və duz qatılıb bərk xəmir yoğrun, sonra 1 mm qalınlığında yayın. Boşqab ölçüsündə dairələr kəsin. Adi qaydada pure hazırlayın. Pureyə xırda xırda doğranmış soğan ve duz əlavə edin.

    Xəmirdən kəsilmiş dairələrin bir tərəfinə pure qoyulub o, biri tərəfi üstünə qatlayın, aypara şəkilinə salınır, kənarları bükün və qızdırılmış tavada yağda qızardın. Süfrəyə verilən zaman qutabın üstünə sumaq səpəbilərsiniz.

    Nuş olsun.

    alıntı
#04.02.2014 17:39 0 0 0