Yalan Sevgi

Son güncelleme:
  • Məni məndən alan sevgi
    Ürəyimə dolan sevgi
    Taleyimdə qalan sevgi
    Yalan sevgi, yalan sevgi.

    İstəyinlə dolanmadı
    Atəşinlə qalanmadı
    Sevgisini bulammadı
    Yalan sevgi, yalan sevgi.

    Yaz ömrünü qışa verdi
    Kövrək qəlbi daşa verdi
    Dərdlərini başa verdi
    Yalan sevgi, yalan sevgi.

    Əvvəl şirin bir nağıldı
    Həm ürəkdir, həm ağıldı
    İllər ötdü o dağıldı
    Yalan sevgi, yalan sevgi.

    Qəlblər onu istəmədi
    Ürəklərdə dillənmədi
    Bəlkə də bir əfsanədi
    Yalan sevgi, yalan sevgi.

    Qara saça dən olandı
    Ayrılığa tən olandı
    Sevənlərdən gen dolandı
    Yalan sevgi, yalan sevgi.

    Gözlərini gizlədəndi
    Yalanını düzlədəndi
    Sevgisini gözlədəndi
    Yalan sevgi, yalan sevgi.

    Əziyyətdir diləyənə
    Yaxın qoyma ürəyinə
    Bir kədərdir sənə, mənə
    Yalan sevgi, yalan sevgi.

    Bilsin aləm, duysun bəşər
    Onsuz dünya gözəlləşər
    Unudular, gözdən düşər
    Yalan sevgi, yalan sevgi.

    Yalanları yalan deyil
    Alanları alan deyil
    Bu dünyada qalan deyil
    Yalan sevgi, yalan sevgi.

    alıntı
0 0 0
  • ellerine saglik
0 0 0