Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 8 Ay 17 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Nə biləydim yox imiş dostum mənim
Nə biləydim yox imiş dostum mənim
196
Son güncelleme:
25.02.2014 12:31
BiR-DOST
Bir tikə çörəyi yarı böləndə,
“Dostunuq” dedilər, inadım mən də,
Gülürdü ürəyim onlar güləndə,
Nə biləydim, yox imiş dostum mənim?
Şad günündə sevinmişəm, gülmüşəm,
Sirrlərimi mən onlarla bölmüşəm.
Bu həyatın hər üzünü görmüşəm,
Nə biləydim, yox imiş dostum mənim?
Dostlarımı bircə-bircə sınadım,
Hamısına özüm kimi inandım,
Hətta bəzən mən onları qınadım,
Nə biləydim, yox imiş dostum mənim?
Dostlarıma xoşbəxtlik arzuladım,
Ağladılar, mən onlarla ağladım.
Dar günümdə “dost”lara bel bağladım,
Nə biləydim, yox imiş dostum mənim?!
Axtardım özümə həm dost, həm qardaş,
Axır sevindim ki, tapmışam sirdaş,
Sizə rast gələndə daş olaydım kaş,
Nə biləydim, yox imiş dostum mənim?
Dostlar sağolsunlar, incimirəm mən,
Haqqımı onlara halal edirəm,
Ayrılıq vaxtıdır, “dost”lar gedirəm,
Nə biləydim yox imiş dostum mənim?
Dağların başını duman, çən aldı,
“Dost”lar ürəyimə min yara saldı,
Sadəlövh vaxtlarım arxada qaldı,
Mən bilirəm, yox imiş dostum mənim!
alıntı
#25.02.2014 12:31
0
0
0
Önceki Konu:
Nə biləydim öləcəyəm
Sonraki Konu:
Yalançı Dost
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma