Gecənin Səssizliyi

Son güncelleme:
  • Ah necədə gözəldir
    Gecənin səssizliyi
    Yazılmamış qəzəldir
    Gecənin səssizliyi

    Şirin bir arzu kimi
    Yada salır sevgimi
    Dəyişdirir rəngimi
    Gecənin səssizliyi

    Dərindən nəfəs aldım
    Min bir xəyala daldım
    Səni içimə saldım
    Gecənin səssizliyi.

    Yenə günəş çıxacaq
    Xəyalımı yıxacaq
    Qəlb sənsiz darıxacaq
    Gecənin səssizliyi.

    alıntı
0 0 0