Bir sənsiz gecədə yadıma düşdün

Son güncelleme: 04.03.2014 23:23
  • Bir ömür mənimlə olacaq gözəl,
    Bir sənsiz gecədə yadıma düşdün.
    Min sənli gündüzdə yad etməsəm də,
    Bir sənsiz gecədə yadıma düşdün.

    Gör neçə il keçib kor ayrılıqdan,
    Qəlbimdə hörmüşəm tor ayrılıqdan,
    Yenə də alışdı qor ayrılıqdan,
    Bir sənsiz gecədə yadıma düşdün.

    Sevgin şirin imiş,həsrətin acı,
    Vaxt vardı sən idin başımın tacı,
    Ay ürək məlhəmim,könlüm əlacı,
    Bir sənsiz gecədə yadıma düşdün.

    Səni xatırladır aylı gecələr,
    Məhəbbət soraqlı,paylı gecələr,
    Bir ürək fəryadlı,haylı gecələr,
    Bir sənsiz gecədə yadıma düşdün.

    Bir nifrət eləyib yaratdım səni,
    Göz yaşı eləyib qurutdum səni,
    Son sənli gündüzdə unutdum səni,
    Bir sənsiz gecədə yadıma düşdün.

    alıntı
#04.03.2014 23:23 0 0 0