Sən deyiləm

Son güncelleme: 16.03.2014 14:42
  • Daha baxma gözlərimə,
    O gördüyün mən deyiləm.
    Fikir vermə sözlərimə ,
    Day eşqinə tən deyiləm.

    Bu günədək bilməmişəm,
    Dərdi görüb gülməmişəm,
    İsitməyə gəlməmişəm ,
    Mən yağışam,gün deyiləm.

    Könlümü al yanımda ol,
    Dedin ki qal yanımda ol,
    Dedin dərhal yanımda ol,
    Mən insanam ,cin deyiləm

    Yol üstündə bitməyəcəm,
    O yerlərə getməyəcəm,
    Sən etdyini etməyəcəm,
    Mən Turanam sən deyiləm.

    Müəllif: Ferid Turan

    alıntı
#16.03.2014 14:42 0 0 0