Ətli çörək

Son güncelleme: 17.03.2014 22:16
  • Tərkibi:

    1 kq un

    1 paket maya (yarısını istifadə etmək də yetərlidir)

    1 st süd

    1 x.q şəkər tozu

    Duz

    Bir az su (çörək xəmiri ilə də edə bilərsiniz)

    500 q qiymə (300 q da yetərlidir)

    2 ədəd baş soğan

    Yarım dəstə cəfəri

    1 x.q "Wellington" kərə yağı

    1 ədəd "Bizim Tarla" soyulmuş pomidoru

    Hazırlanması:

    0,5 litr ilıq suda şəkər tozu və yarım paket mayanı qarışdıraraq əridirik. Unun üzərinə qabarmış mayanı, süd və duzu əlavə edib, xəmir yoğururuq. Bir kənarda xəmiri dincəlməyə qoyuruq.

    İçlik hazırlamaq üçün 500 qram qiyməyə incə doğranılmış soğanları və soyulmuş pomidoru əlavə edirik (pomidor qiyməni yumşaq edəcək). İçliyə cəfəri, duz, bir qaşıq kərə yağı qatıb əlimizlə qarışdırırıq.

    Əlimizi una bulayaraq, xəmirdən bir qədər götürürük. İki barmaq qalınlığında olan rulet formasına salırıq. Xəmirdən iki barmaq enində kəsib yağlanılmış soba qabına düzürük.

    Qiyməli içliyi fındıq böyüklüyündə hər birinin ortasına sıxışdırırıq.

    180 dərəcədə isidilmiş sobada üzəri qızarana kimi bişiririk.

    Soyuduqdan sonra qapaqlı bir qaba qoyun. Açıqda qalarsa tez quruyar.

    alıntı
#17.03.2014 22:16 0 0 0