Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 8 Ay 9 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Günahlarım
Günahlarım
153
Son güncelleme:
25.03.2014 17:34
BiR-DOST
Yanında günahım çox olub mənim,
Sənin saçlarına ağ dən hörmüşəm.
Mənə kiçik gələn şıltaqlığımla,
Sənə dərd vermişəm əzab vermişəm.
Gecələr gözünə yuxu getməyib,
Beşiyim başında lay-lay demisən...
Mən səni nə qədər çox incitsəm də,
Sən mənə ya Günəş ya Ay demisən.
Bəzən bir sözünə mən təkid edib,
Bəlkə küsdürmüşəm qəlbini sənin.
Hərdən də nədəsə günah etmişəm,
Bəlkə artırmışam dərdini sənin.
Bəzən harayına gəlməmişəm mən,
Öz uşaq oyunum başımı qatıb.
Bəzən ürəyini qırmışam sənin,
Sənə xoş gəlməyən kölnümə yatıb.
Hərdən dostlarımla deyib gülmüşəm,
Səninsə gözlərin yollarda qalıb.
Mən sevinc içində gün keçirmişəm,
Sənin ürəyini min şübhə alıb.
Bəzən mən sözünü yerə salmışam,
Bəlkə də ürəyin inciyib, küsüb.
Mənim üz gözümə sevinc işığı,
Sənin üz gözünə qırışlar düşüb.
İndi mən duyuram qəlbini sənin,
Bu şeir içimin haraylarıdır.
Yanında günahım çox olub mənim,
"Saçının ağları günahlarımdır."
alıntı
#25.03.2014 17:34
0
0
0
Önceki Konu:
Gözəl göyçəyim mənim
Sonraki Konu:
Ürəklə Söhbət - 2
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma