Dünyanda Yaşat Məni

Son güncelleme: 03.04.2014 17:26
  • İstəyirəm mən sənin gözlərində yaşayım,
    Hər dəfə dediyin xoş sözlərində yaşayım
    Başım dizinin üstdə, dizlərində yaşayım
    Nigar, öz aləmində, dünyanda yaşat məni.

    İstəsən gizlində ya həqiqətdə tap məni,
    Seyr eləyib bu gözəl təbiətdə tap məni
    İstəyirəm sevgidə, məhəbbətdə tap məni
    Ya aşkarda , ya da ki, röyanda yaşat məni.

    Məni rahat buraxmır gecə sənli royalar,
    Gərəyim deyil əsla mənə sənsiz dünyalar
    Batırsa da Emini ,qəm dolu bu dəryalar
    Gözlərində canlanan dəryanda yaşat məni.

    alıntı
#03.04.2014 17:26 0 0 0