Gördüm Utandım

Son güncelleme: 07.04.2014 10:00
  • Bir gün səni,ey nazlı nigar,gördüm,utandım,
    Əsdim həyəcandan o ki var,gördüm,utandım.

    Heyrətlə füsunkar üzünü bir kərə süzdüm,
    Bir cüt qara çeşmində xumar gördüm,utandım.

    Əynimdəki qalın geyimə,bir sənə baxdım,
    Bir qış günü hüsnündə bahar gördüm,utandım.

    Ətrafda olan hər sevəni eşq ilə həmkar,
    Neynim,özümü bircə bekar gördüm,utandım.

    Köksümdə toz atmış bir ürək vardı,sən aldın,
    Sən tək gülü bu qəlbimə yar gördüm,utandım.

    Gəl ki,sonadək sevmədin,atdın məni bir gün,
    Səndə nə sədaqət,nə də ar gördüm,utandım!

    Qəlbin qəbiristanlıq imiş,qəbrimi gəzdim,
    Tapdım,hələ bir xeyli məzar gördüm,utandım.

    Eşqin məni pis günlərə saldı,rəzil oldum,
    Könlümdə hüzn,dərdü qubar gördüm,utandım.

    Biganə də bu halımı görcək dedi,Sahir,
    Səndə bu qədər səbrü qərar gördüm,utandım.

    Rauf Sahir

    alıntı
#07.04.2014 10:00 0 0 0