Beşik

Son güncelleme:
  • Dünyanın ən gözəl beşiyidi
    ana bətni.
    doqquz ay uyuduğum,
    anama ən çox yaxın olduğum yer.
    Anama sarılıb
    gəldim dünyaya.
    Doğulanda ağladım.
    Anlamadılar.
    Qorxdum
    anamı əlimdən alarlar deyə.
    Qoxusundan tanıdım,
    qollarında uyudum.
    Ağladığını hiss etmişdim
    Amma, gözlərini heç görməmişdim.
    Gördüm.
    Südünün qoxusu
    lay laydan da şirindi içdim..

    alıntı
0 0 0