Giriş
Giriş
Üye Ol
Main-Board
22 Yıl 8 Ay 18 Günden beri Online
Konu
İçerik
Üye
Giriş
Giriş
Üye Ol
Ana Sayfa
Azərbaycan
Qoruyaq
Qoruyaq
176
Son güncelleme:
15.04.2014 15:00
BiR-DOST
Körpülər salammaz yuva yıxanlar,
Azalır,mərdləri qoruyaq,gəlin.
Göylərə ucalmaz yerə baxanlar,
Şeytandan yurdları qoruyaq,gəlin.
Könül açmayana,aya,yaz yoxdu,
Əməli biçməyə bir dəryaz yoxdu,
Dərd verən Tanrısa,etiraz yoxdu,
Adəmdən dərdləri qoruyaq,gəlin.
Səbəb var ruzgarın bozarmağına,
Sönməyən ocagın közərməyinə,
Üzündə rəng qalan qızarmağına
Pərişan,pərtləri qoruyaq,gəlin.
Yarandıq,qul olaq təkcə Tanrıya,
Gərəkdi dünya da bizdən yarıya,
Bəridən iki cür yol var anrıya,
Pozulmaz şərtləri qoruyaq,gəlin.
Səkinə İlyas da sözün sərrafı,
Əldəki qələmi ömründən baha,
Şairə dəyəni tutar söz ahı,
Qayanı sərtləri qoruyaq,gəlin.
alıntı
#15.04.2014 15:00
0
0
0
Önceki Konu:
Ayaqqabınızın ömrünü uzadın
Sonraki Konu:
Qoruyaq dünyamızı
Main-Board 2004 - 2026
Üyeler
Toplist
Gündem
Hakkımızda
Kurallar
İletişim
Main-Board
izmit tıkanıklık açma