Mən yanında olanda

Son güncelleme:
  • Keçmişdən söz açırsan,
    Hamıdan sən qaçırsan,
    Günəş tək nur saçırsan,
    Mən yanında olanda.

    Hər şeyi unudursan,
    Hirsini soyudursan,
    Mənimlə ovunursan,
    Mən yanında olanda.

    Eşqini aləm bilər,
    Qəmini sevinc silər,
    Üzünə bəxtin gülər,
    Mən yanında olanda.

    Qəlbinə fərəh dolar,
    Xoş günlər bizə qalar,
    Başqa bir aləm olar,
    Mən yanında olanda.

    İlhamə Sultan

    alıntı
0 0 0